“Sovetski” sakinləri məşhur intihar körpüsündə piket keçirməyə hazırlaşır – prezidentə şikayət

“Sovetski” sakinləri məşhur intihar körpüsündə piket keçirməyə hazırlaşır – prezidentə şikayət
Загрузка...
Bakının "Sovetski” deyilən ərazisinin sökülməsinə 2014-cü ildə başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri-yaşayış obyektləri satın alınıb, sökülüb. İkinci mərhələdə isə 1920 evin söküldüyü bildirilir. Satınalma komissiyasında yol verilən qanunsuzluqlarla bağlı şikayətlər isə bir-birini əvəzləyir. Bakı sakinləri Nadejda Xızırovna Həsənova və həyat yoldaşı Fərhad Nadir oğlu Həsənov söküntü zamanı yol verilən qanunsuzluqlardan, kompensasiyanın düzgün hesablanmamasından şikayətçidirlər.
Azərbaycan prezidenti İlham Əliyevə, Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə, Rusiya Federasiyasının Azərbaycandaki səfirliyinə, maliyyə naziri Samir Şərifova və Bakı Şəhər İcra Hakimiyyəti başçısına müracət edən Fərhad Həsənov Yasamal rayon İcra Hakimiyyətinin təşkil etdiyi daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar Komissiyayanın özünün tərtib etdiyi sənədlərə belə məhəl qoymadığını yazır:
"Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı ev 8 nəfər qonşunun vəsaiti hesabına inşa edilıb. Mənim istifadəmdə olan sahə birinçi mərtəbədə yerləşmiş 33,82 kv.m sahə göstərilməklə 51 min 740 manat vəsait ödənilib. Baxmayaraq ki, şikayətə əlavə etdiyim texniki pasportdan da göründüyü kimi istifadəmdə olan sahə 42,0 kv.m göstərilib. Çox təssüflər olsun ki, komissiya bildiyini edir, şikayəti dinləyən və heç araşdırmağa cəhd edən də yoxdur. Komissiyanın mənə təqdim etmiş olduğu sənədlərdən də görünür ki, mənə kompensasiya natamam hesablanıb. Həmin hesabatı da şikayətimə əlavə edirəm. Buna baxmayaraq mənə kompensasiyanı ödəməkdən bu gün də yayınırlar”.
Şikayət müəllifi yalanlardan bezdiyini yazır: "İnsan insana bu qədər yalan danışar? Fakt göz qarşısındadır. Evin yarımzirzəmi sahəsi 184,04 kv.m olduğu halda 167,41 kv.m 1-ci və 2-ci mərtəbə üzrə ödəniş ediblər. Qalıq ödənilməli olan vəsaiti isə vermirlər, ödəməkdən yayınırlar. Hörmətli cənablar! Biz qonşular belə qərara gəlmişik ki, Koroğlu körpüsündə piket keçirək, müəyyən atdımlar ataq və bunula da pozulmuş hüquqlarımız Prezidentimiz cənab İlham Əliyevə çatsın. Əminik ki, bundan sonra hüquqlarmız tam bərpa ediləcəkdir. Xahiş edirik ki, göstərilən faktlar araşdırılsın və halal pulumuzun ödənilməsinə dair göstəriş verilsin”. 



Загрузка...
Загрузка...

Xəbər lenti