Sosial şəbəkədə videosu yayılan hakim kimdir?

Sosial şəbəkədə videosu yayılan hakim kimdir?
Bu gün Ali Məhkəmə hakimə məxsus olduğu deyilən və sosial şəbəkələrdə yayılan şəxsi videogörüntülərlə bağlı açıqlama yayıb. Ali Məhkəmə son günlər sosial şəbəkələrdə yayılan Ali Məhkəmənin hakimi barəsində təhqiramiz, həqiqətə uyğun olmayan təsvirləri ilə bağlı öz qəti mövqeyini bildirsə də, həmin hakiminin kimliyini gizli saxlayıb.
Criminal.az saytının əldə etdiyi məlumata görə, həmin hakim Ali Məhkəməsinin Mülki kollegiyasının sədri Sənan Hacıyevdir.
Şantaj videosu ilə gündəm olan S.Hacıyev maraqlı tərcümüyi-hala sahibdir. Onun təhsili ilə bağlı məlumatda 2000-ci Azərbaycan Tibb Universiteti, Müalicə-Profilaktika fakültəsi (əyani) 2001-ci Azərbaycan Beynəlxalq Universiteti, bakalavriat. Hüquq fakültəsi (qiyabi) 2004-cü il  Bakı Dövlət Universiteti, magistratura. Hüquq fakültəsi göstərilib. S.Hacıyev 4 il müddətində 3 universitetdə təhsil alıb. 2010-2013-cü illərdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi işləyib. Qısa bir zamanda, cəmi 5 il müddətində Ali Məhkəmənin Mülki kollegiyasının sədri vəzifəsinə yüksəlib. 

Xəbər lenti