Arvadının intim videolarını qohumlarınam göndərdi

Arvadının intim videolarını qohumlarınam göndərdi
Загрузка...
Sosial şəbəkələrdə tanış olduğu qızları fahişəliyə cəlb etməkdə və hədə-qorxu gəlməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1987-ci il təvəllüdlü Faiz Bastrakovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxs qismində Xatirə Quliyeva (ad və soy ad şərtidir) dindirilib.
Zərərçəkmiş bildirib ki, iş axtaran zaman sosial şəbəkədə elan görüb və iş üçün müraciət edib: "Yazışmamız yalnız feysbuk üzərində oldu. Məndən yaşımı soruşdu. 20 yaşımın olduğunu dedim. Şəklimi istədi, qəribə gəldi. Çünki, normalda işə götürən şəxslər CV istəyir. Mənə həftədə 175 manat verəcəyini dedi. Danışığında çox qəribə şeylər vardı. Hiss etdim ki, məqsədi başqadır. Mənə əxlaqsız təklif etdi. Onu söydüm və bloka atdım. Bir müddət sonra bununla bağlı sosial şəbəkələrdə xoş olmayan paylaşımlar gördüm. İş adı ilə qızlara tərbiyəsiz təkliflər etdiyi yazılmışdı. Sonra polisə dəvət olundum və olanları danışdım".
Məhkəmədə şahid qismində Əsgər Cabbarov da dindirilib. Şahid bildirib ki, Faiz onun qızının həyat yoldaşı olub və boşanıblar. Əsgər Cabbarov keçmiş kürəkənindən gileylənib: "Qızımı incidirdi, döyürdü. Çox çəkmədi ki, boşandılar. Bir müddət keçəndən sonra başladı, qızımı şantaj etməyə. Qızımın şəkillərini, videolarını sosial şəbəkələrdə yayacağını dedi. Qızıma deyirdi ki, atana denən evi satıb 20 min manat versin. Yoxsa şəkilləri və videoları yayacaqdı. Şikayət etmək məcburiyyətində qaldıq. Yaşayış yerini və iş yerini dəyişdirdim. Qızımın yaxınlarına videoları, şəkilləri göndərmişdi. Məqsədi bizi və qızımı biabir etməkdi. Bunun atasına, anasına deyirdim. Onlar da bunun əlindən bezmişdi".
Faiz Bastrakov Cinayət Məcəlləsinin 129-cu (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma), 182.2.4-cü (zərərçəkmiş şəxsə hədə-qorxu gəlməklə xeyli miqdarda ziyan vurma), 243.1-ci (fahişəliyə cəlb etmə) və 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə ittiham elan edilir. İttihamda göstərilir ki, Faiz Bastrakov feysbuk sosial şəbəkəsində insanlara hədə-qorxu gələrək, pul tələb edərək, qızları fahişəliyə cəlb etməkdə təqsirli bilinib və ötən ilin dekabrın əvvəlində Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Müəyyən edilib ki, Faiz Bastrakov guya işə götürən şəxs adından sosial şəbəkədə elan verib, qızlara sərfəli iş və yaxşı maaş təklif edib. Elandakı bütün bu yönəltmələr adi bir tələ yemi olub. Faiz Bastrakov sadəcə, qızları və qadınları iş haqda "söhbət" adı ilə aldadıb, tora salıb və onları nikahsız birgə yaşayışa sövq etməyə çalışıb. O, qızların və qadınların bəzilərini feysbukda, bəzilərini telefonda, bəzilərini isə real həyatda danışdırıb, onları şantaj edib. Bundan başqa, Faiz Bastrakov bəzi qadınları güclü ruhi həyəcan təsiri altına düşməklə döyüb, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Загрузка...
Загрузка...

Xəbər lenti