Sonuncu "hicab məhbusu" da azadlığa çıxdı

Sonuncu
Загрузка...
Bu gün Bakı Apellyasiya Məhkəməsi daha bir siyasi məhbus, 2012-ci ildə həbs edilən Telman Şirəliyevi azadlığa buraxıb. Criminal.az xəbər verir ki, T.Şirəliyev 7 il əvvəl Təhsil Nazirliyi qarşısında «hicaba azadlıq» şüarı ilə keçirilən aksiyada həbs edilmişdi. O, Polisə müqavimət, ictimai əsayişi pozmaqda ittiham olunmuş, 6 il azadlıqdan məhrum edilmişdi. 
Onun cəzası ötən il başa çatmışdı, ancaq Məmməd İbrahimin işində olduğu kimi ona da yeni ittiham irəli sürülmüşdü. Ötən il dekabrın 20-də Xətai rayon Məhkəməsi onu qadağan olunmuş əşya saxlamaqda təqsirkar bilmiş, 5 ay 18 gün müddətinə azadlıqdan məhrum etmişdi.
Apellyasiya instansiyası həmin cəzanı azaldıb. T.Şirəliyev həbsdə olan sonuncu "hicab məhbusu” idi.
Загрузка...
Загрузка...

Xəbər lenti