"Sona xanım, biz kimsə böhtan atamırıq, gizlənmiş həqiqətləri və oyunları açırıq..." - HƏBSXANADAN CAVAB MƏKTUBU

Загрузка...
Məşhur təhsil şirkətinin bir neçə ay əvvəl həbs olunmuş rəhbəri həbsxanadan növbəti məktub yazıb. "Elit Akademy" şirkətinin həbsdə olan rəhbəri Rüstəm Kərimzadə bir müddət əccəl Criminal.az saytına göndərdiyi məktubda həbsinin sifarişli olduğunu bəyan edib. Şirkət rəhbəri qeyd edib ki, həbsnin sifarişçisi hökümətin işlərinə nəzarət edən "Kaspi Təhsil Şirkəti"dir. Onun fikrincə, həmin şirkət özlərinə rəqib olmaması üçün polisə bu barədə göstəriş verib.
Daha sonra "Kaspi Təhsil Şirkəti"nin rəhbəri Sona Vəliyeva həmin ittihamlara cavab verib"Son zamanlar maraqlı bir tendensiya müşahidə edilməkdədir. Konkret cinayət əməlinə görə mühakimə edilən bəzi şəxslər çıxış yolunu ölkənin nüfuzlu şəxslərinə böhtan atmaqda görür, azadlıqda məşğul olduqları qanunazidd fəaliyyətləri həbsxanada da davam etdirirlər. Eyni tendensiyaya biz də məruz qalırıq, xüsusən, təsisçisi olduğum Kaspi təhsil şirkəti haqqında müxtəlif vaxtlarda əsassız iddialar dövriyəyə buraxılır, cinayət əməli törədən şəxslər bu və ya digər iddialarla cinayət məsuliyyətindən yayınmaq məqsədilə hakimiyyət nümayəndələrinə və məhkəmələrə bu üsulla təsir etməyə çalışırlar. Bu günlərdə bəzi informasiya vasitələrində indiyə qədər tanımadığım, müəssisəsinin və özünün adını ilk dəfə eşitdiyim, işgüzar müstəvidə heç bir zaman yollarımızın kəsişmədiyi Kərimzadə Rüstəm adlı bir nəfərin mənim və ailəmin haqqında böhtan xarekterli bir sıra iddialarının yer aldığı müraciətin yayımlanması da məhz bu qəbildən olan cəhdlərdən biridir. 

Sona Vəliyeva 
Əlbəttə, başa düşmək çətin deyil ki, həyat yoldaşım Əli Həsənovun Azərbaycan Prezidentinin köməkçisi olması, olduqca həssas bir sahəyə uğurla rəhbərlik etməsi, öz vəzifəsinin öhdəsindən vicdanla gəlməsi, bu kimi ucuz şantaj cəhdlərinə qətiyyən əhəmiyyət verməməsi müxtəlif qarayaxma kampaniyalarına rəvac vermişdir. Aydındır ki, mənim hədəf alındığım bu kimi kampaniyaları idarə edənlərin əsas məqsədi həyat yoldaşımın nümunəvi fəaliyyətinin üzərinə kölgə salmaq, onun timsalında hakimiyyət nümayəndələri haqqında mənfi rəy yaratmaqdır. Təəssüf ki, bu cür arzuolunmaz proseslərin genişlənməsində həqiqəti öyrənmədən, reallığı əks etdirməyən, ictimaiyyətə doğru olmayan məlumatlar çatdıran bəzi kütləvi informasiya vasitələrinin "müstəsna” rolu görünməkdədir. Biz hər zaman təmkinli davranmağa, hər böhtan və iftiraya əhəmiyyət verməməyə çalışmışıq. Amma aydın olur ki , təmkinin də bir həddi, sərhəddi olmalıdır. Ona görə də, bu kimi halların davam edəcəyi təqdirdə haqqımda şantaj xarekterli iddialar səsləndirən, ictimai və işgüzar nüfuzuma xələl gətirməyə çalışan şəxs və şəxslər haqqında məhkəmə prosesi başladacağımı bildirmək istəyirəm”.
R.Kərimzadə bir neçə gün əvvəl S.Vəliyevanın açıqlamasında növbəti məktubla cavab verib. İş adamının Criminal.az saytına göndərdiyi məktubu olduğu kimi təqdim edirik: 

Rüstəm Kərimzadə 
"Sona Vəliyevanın öncəliklə yayılan tendensiyalarla bağlı fikirlərə münasibətim oldur ki, başıma gələn hadisənin dövlətin gücündən sui-istifadə edərək qanunsuz həbsimlə bağlı şikayətimi bildirirəm. Əminliklə bildirirəm ki, bunu mənə edən quldur cinayətkar dəstə mənimlə yetinməyib, başqalarının həbsinə və mülkünün alınmasına da səbəb olub. Bunun üçün də barələrində mediada yazılıb. Azadlıqda və həbsdə olarkən də haqqımı tələb etmişəm, bundan sonra da edəcəm. Təsisçisi olduğunuz Kaspi liseyinin xaricdə təhsil üzrə kuratoru Rahib Sərviyev avqust ayında Dəmirçi Plazada yerləşən Gate5 restoranında işçilərimlə bərabər keçirdiyimiz işgüzar görüş çərçivəsində Kaspi liseyinin şöbələriin Türkiyə Universitetlərinə Elit akademidən eyni ildə iki nəfər tələbənin əməkdaşlıq çərçivəsində bizə yönləndirib. Sona xanım, biz kimsə böhtan atamırıq, gizlənmiş həqiqətləri və oyunları açırıq. Rahibin ağzından çıxan söz "Siz böyük okeanda üzürsüz, biz isə dənizdə’’ fikrinin mənasını siz işçinizi yerinə açıqlaya bilərsiz. Şirkətim və mənim haqqımda eşitməmişdinizsə xatırladım ki, iki tələbəni əvvəllər rektoru Azərbaycanda olan Aygün Aktar ilə əməkdaşlığınız pozulandan sonra şirkətimizə yönləndirdiyiniz ki, Giresun şəhərindəki universitetə yerləşdirək. Şirkətimizdə 28 nəfər Giresun universitetinə yollanmış və onarın 15 nəfərinin qeydiyyatı tamamlanmış, qalan 13 nəfər isə içərisində sizin də yönləndirdiyiniz 2 nəfər də daxil olmaqla mütəmadi şəkildə qeydiyyata alınmamış və heç bir səbəb göstərilməmişdir".
R.Kərimzadə daha sonra yazır: "Yuxarıda sadaladıqlarımdan bəlli olur, böhtanı kim atır, kim dövlətin gücü hesabına rəqabəti necə pozur. Yoldaşınız və sizin nümunəvi davranışlarınıza gəlincə, Azərbaycan xalqının nümunə götürdüyü ailə bəllidir. Arif müəllim illərdi Azərbaycan təhsilinin başındadır və heç kimi həbsə saldırıb, nə də adı belə tendensiyalarda hallanıb. Qızı ölkəmizin birinci xanımı Mehriban xanım isə sizi bə bütün ictimai sferanın qadınlarına nümunədir. Qarayaxma məsələsinə toxunum, mənim yazım cəmi bir saytda verilməsinə baxmayaraq bütün ictimaiyyətin diqqətini çəkdi. Siz isə əlinizdə olan 6 saytda adımı hallandırmaqla böhtan atmaqda ittiham etdiniz. Keçən yazımda bildirdim ki, mən müsəlmanam və müsəlmanın böhtan atmasının cəzasının nə olduğunu dərk edirəm. Mən 28 yaşıma qədər adım üçün yaşamışam, bundan sonra da belə olacaq İnşallah. Məmməd Əmin Rəsulzadənin dediyi kimi "bir kərə yüksələn baryraq bir daha enməz.…"".
Criminal.az xatırladır ki, "Kaspi Təhsil Şirkəti”nin rəhbəri Sona Vəliyevadır. O, prezident İlham Əliyevin köməkçisi Əli Həsənovun həyat yoldaşıdır.  


Загрузка...
Загрузка...

Xəbər lenti