Sona Vəliyevanın sifarişi ilə həbs edildiyini iddia edən şirkət rəhbəri həbsxanada aclığa başladı Sona Vəliyevanın sifarişi ilə həbs edildiyini iddia edən şirkət rəhbəri həbsxanada aclığa başladı

Sona Vəliyevanın sifarişi ilə həbs edildiyini iddia edən şirkət rəhbəri həbsxanada aclığa başladı
Загрузка...
Məhşur təhsil şirkətinin həbs olunmuş rəhbəri həbsxanadan sensasion məktub yazıb. "Elit Akademy" şirkətinin həbsdə olan rəhbəri Rüstəm Kərimzadə Criminal.az saytına göndərdiyi məktubda aclıq aksiyasına başladığını bəyan edib.
R.Kərimzadə  Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevə də ünvanladığı məkltybda deyilir: "Azərbaycan Respublikası Konstitutusiyasının 41, 51 və 147-ci maddələrini rəhbər tutaraq yaşadığım hadisələr, gördüyüm faktları əsas gətirərək bildirirəm ki, 19 avqust 2020-ci ildən etibarən aclıq və susuzluq aksiyasına başlayıram. Aksiyadakı tələbim ölkə başçısı İlham Əliyevlə görüşməkdir. Öncədən qeyd edirəm ki, aksiyamı yalnız İlham Əliyev ilə gürüşdükdən sonra dayandıracam".
Xatırladaq ki, R.Kərimzadə bir müddət əvvəl Criminal.az saytına həbsxanadan sensasion məktub göndərmişdi. O, məktubunda həmin vaxt prezidentin sabiq köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın sifarişi ilə həbs edildiyini qeyd etmişdi. Daha sonra S.Vəliyeva mətbuata açıqlamasında R.Kərimzadənin ittihamlarını təkzib etmiş, bunu həyat yoldaşına qarşı qara piar adlandırmışdı. 


Xəbər lenti