Sona Vəliyevanın liseyindəki yarım milyonluq yeyintidə günahlandırılan şəxsin dediklərinə DİN-dən reaksiya

Sona Vəliyevanın liseyindəki yarım milyonluq yeyintidə günahlandırılan şəxsin dediklərinə DİN-dən reaksiya
Загрузка...
Prezidentin köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevaya məxsus "Kaspi” liseyinin Bakıxanov qəsəbəsində yerləşən filialında yarım milyondan çox mənimsəmə iddiası üzrə keçirilən məhkəmədə polis haqqında səsləndirilən fikirlərə Daxili İşlər Nazirliyi reaksiya verib.
Ödənilən təhsil haqlarının 565 min manatını mənimsəməkdə ittiham olunan baş mühasib Tural Məmmədov ötən məhkəmə prosesində bildirmişdi ki, direktor Elnur Əliyevi yalan danışmaqda ittiham edib,  etiraf ərizəsini S.Vəliyeva ona məcburi yazdırıb, həm də aldadıb:
"Elnur Əliyev yalan deyir, 560 mini öz istəyimlə yazmamışam. Mənə Sona xanım dedi ki, belə yaz, polis çağırmayım. Yoxsa ərimə - Əli Həsənova demişəm, polis çağıracaq. Mən də razılaşdım. Burdan mənə ərizəni yardırdı, o biri tərəfdən iş otağıma gedəndən az sonra, axşamüstü 5 radələrində "banditizm”in işçiləri gəlib bizi apardılar. Oktyabrın 16-dan 30-na qədər onlar DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində qanunsuz saxlanılıblar. Orada qaldıqları 14 günlük müddət heç yerdə qeydiyyata alınmayıb''.
Onun sözlərinə görə, saxlandığı gün – oktyabrın 16-da 20 min manat nağd pul verib ki, ziyandan ödənilsin. Dərhal maşınının üzərinə həbs qoyulub, 35 min manatlıq qiymətləndirilərək götürülüb. Amma bu 55 min ziyandan çıxılmayıb. Direktor dindirilərkən ona liseydəki qeyri-rəsmi əməkhaqqılar haqda da suallar verilib. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Criminal.az saytına açıqlamasında bildirdi ki, T.Məmmədovun məhkəmədə səsləndirdiyi fikirlər həqiqətdən uzaqdır. Qurum rəsmisinin sözlərinə görə, T.Məmmədovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanılması ilə bağlı dediyi qərəzli fikirlər özünümüdafiə xarakteri daşıyır.
O.Mansurzadə qeyd etdi ki, T.Məmmədov məhkəmədə belə fikirlər deməklə diqqəti törətdiyi konkret cinayət əməlindən yayınmaq, eyni zamanda ictimai rəyi çaşdırmaq məqsədi daşıyır. 
T.Məmmədov və F.Mehbalıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsilə ittiham olunur. T.Məmmədov özünü qismən təqsirli bilir, kassadakı pullardan 300 mindən bir qədər artıq vəsait götürüb iş qurmağa sərf etdiyini deyir. F.Mehbalıyev isə özünü təqsirli bilmir. T.Məmmədov da onun günahsız olduğunu deyir.
Загрузка...
Загрузка...

Xəbər lenti