“Sona Vəliyeva oğluma köməkçisinin üzünə durmağı təklif edib”

“Sona Vəliyeva oğluma köməkçisinin üzünə durmağı təklif edib”
Загрузка...
 "Kaspi” liseyinin həbs olunmuş mühasibinin anası İlham Əliyevə müraciət ünvanlayıb
"Kaspi” liseyində təsisçi 10 milyon 500 min pulu ələ keçirib – cinayət dosyesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə "Kaspi Liseyi ümumtəhsil məktəbi” MMC-nin mühasiblərinin işi üzrə proses keçirilir. İş üzrə müttəhimlər kürsüsünə liseyin baş müsahibi Tural Məmmədov və mühasib Fərahim Möhbalıyev çıxarılıblar. Hər iki şəxs həbsdədir. Onlar 2018-ci ilin oktyabrında "Kaspi”nin Bakıxanov qəsəbəsində yerləşən filialından təhsil haqqı kimi ödənilən məbləğdən 565 min manatı mənimsəməkdə ittiham olunurlar. Tural Məmmədov ittihamla qismən razıdır, Fərahim Möhbalıyev isə ümumiyyətlə özünü təqsirli bilmir. 10-a yaxın cilddən ibarət olan cinayət dosyesində elə sənədlər, elə məlumatlar var ki, məhkəmə prosesində diqqətdən kənar qalmaqdadır.
Məsələn dosyeyə Fərahim Möhbalıyevin anası Anaxanım Xəlil qızı Sultanovanın prezident İlham Əliyevə ərizəsi əlavə olunub. Həmin ərizədə liseydən 2016-2017-ci illərdə 10 milyon 500 min manatın mənimsənilməsi haqda məlumat verilir. MeydanTV həmin ərizənin məzmununu təqdim edir.
Anaxanım Xəlil qızı Sultanova həmin ərazəsində yazır: Hörmətli Cənab Prezident, Oğlum Möhbalıyev Fərahim Davud oğlu 01.09.2015-ci il tarixdən Sizin İctimai və Siyasi Məsələlər üzrə köməkçiniz olan Əli Həsənovun kurasyasında olan, təsisçisi isə həyat yoldaşı Sona Vəliyeva olan "Kaspi Liseyi” ümumtəhsil məktəbində (VÖEN18024113381) mühasib köməkçisi vəzifəsində işləmişdir. 2018-ci il oktyabr ayında şirkətdə daxili maliyyə yoxlaması keçirilərkən şirkətin baş mühasibinin əsassız olaraq və tam dəqiq yoxlama keçirilmədən 565 min manat vəsaiti mənimsədiyi üzə çıxdı. 16.10.2018-ci il tarixdə, yəni yoxlamanın bitdiyi gün Əli Həsənovun birbaşa göstərişi əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları şirkətə daxil olub Sona Vəliyeva ilə görüşdükdən sonra 18:40-da baş mühasibi və heç bir maddi məsul şəxs kimi səlahiyyəti olmayan oğlumu BMCMİ-ə aparıblar.
Aparmamışdan qabaq Sona Vəliyeva oğlumu otağına çağıraraq "Kaspi Lişeyi”nin direktoru və özünün köməkçisi Ehtiram Kərimov kimi baş mühasibin üzünə durmağı təklif edərək artıq hər şeyin danışıldığını, saat beşdə nümayəndələrin gəlib baş mühasibi aparacaqlarını bəyan etmiş, əks təqdirdə "sən də gedəcəksən” deyə bildirmişdi.

Prezidentə ərizə
BMCMİ-də baş mühasib iddia edilən qədər olmasa da, müəyyən qədər vəsait mənimsədiyini və oğlumun günahsız olduğunu yazıb ərizə ilə bidirsə də, lazımi qurumlar məhəl qoymayıblar. "Bizə belə göstəriş” veriblər deyib, oğlumu qeyri-qanuni olaraq 14 gün saxlama kamerasında saxladılar. 14 gün ərzində şirkətdə audit yoxlaması keçirildi və oğlum haqqında həbs qəti-imkan tədbiri seçildi. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin icraatında olan 182026268 saylı cinayət işi üzrə AR CM 179.4 maddəsi ilə hazırda mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən Elnur Rüstəmov tərəfindən istintaq aparılır. Audit yoxlaması hansı sənədlər əsasında keçirildi, o da məlum deyil.
Təhsil mərkəzində bütün sənədləşmələr vergidən yaymdırılaraq valideynlərdən alınan təhsil haqları birbaşa təsisçi Sona Vəliyeva tərəfindən nağd formada götürüldüyündən heç bir mühasibatlıq sənədləşdirilməsi aparılmamışdır. Buna etiraz edən əvvəlki direktor da işdən çıxarılmışdı. Vəziyyət o səviyyəyə gəlib çatmışdır ki, sosial ödənişlərdən yayınmaq üçün əmək haqları aşağı məbləğlərlə yazılırdı. Oğlumun deməsinə görə, təhsil müəssisəsinin 2016-cı il tarixdə 6.000.000 (altı milyon) manat gəliri vergidən gizlədərək təsisçi Sona Vəliyeva tərəfindən nağd formada götürülmüşdür.
Eyni zamanda 2017-ci il tarixdə Sona Vəliyevanın köməkçisi Ehtiram Kərimov tərəfindən 4.500.000 (dörd milyon beş yüz min) manat vəsait azaldılaraq 1.700.000 (bir milyon yeddi yuz min) manat kimi göstərilərək yenə də gizlədilmişdir. Hətta gəlirləri gizlətmək üçün, onların fəaliyyəti barəsində məlumat bilinməsin deyə banklardan (Paşa bank, Kapital bank, Ekspress bank, Bank Respublika) gələn birgə işləmək barəsindəki təklifləri rədd etmişdi. Dövlətin milyonlarla əmlakı mənimsənildiyi halda əmlak vergisini verməkdən hazırda da yayınmada davam edir. Təsisçi Sona Vəliyevanın göstərişi ilə gələn gəlirin azaldılması üçün saxta təmir xərcləri ayrılaraq təhsil müəssisəsinin Ehtiram başda olmaqla ayrı-ayrı əməkdaşların adına köçürmələr edilmişdir. Bütün bu faktlara etiraz olaraq oğlum Fərahim Davud oğlu Möhbalıyev tərəfindən işdən çıxmaq niyyəti barədə məlumat verdikdən sonra ona qarşı mövqe sərtləşmiş və tutacaqları ilə hədələnmişdir. Məhz bu səbəbdən oğlumun susdurulması üçün Mütəşəkkil Cinayətkarlığa Dair Mübarizə İdarəsi tərəfindən baş mühasib saxlanılarkən oğlumun da tutulması sifariş verilmişdir. Bu gün oğlum etmədiyi cinayətə görə cəza çəkir, barəsində ağır ittihamlı istintaq aparılır. İstintaq tərəfindən isə liseydə baş verən qanunsuzluqların onları maraqlandırmadığı, yalnız vurulmuş ziyanla əlaqədar baş mühasib tərəfindən məbləği bəlli olmayan mənimsənilmiş pulları axtardıqları bildirilmişdir.
 
Anaxanım Sultanovanın ərizəsi
Cənab Prezident, ana olaraq sizdən oğlumun özümə qaytarılması üçün kömək etməyinizi, dövlətə ziyan vuran şəxslərin aşkar olunaraq cəzalandırılmasını xahiş edirəm. Bunun üçün oğlum dövlətdən oğurlanan vəsaitlərin dövlətə qaytarılması üçün bütün imkanlarından istifadə etməyə hazır olduğunu bildirir. İnanıram ki, haqq-ədalət yerini alacaq”. İttihama görə 2018-ci ilin aprel-oktyabr aylarında 454 nəfər şagirdin təhsili üçün 1 milyon 366 min manat pul ödənilib. Ancaq bu vəsaitin 564 minini baş mühasib və mühasib sistemə daxil etməyib, birlikdə mənimsəyib. Adları çəkilən şəxslərə CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi əsasında ittiham verilib.
Tural Məmmədov özünü qismən təqsirli bilərək deyir ki, pula ehtiyacı olduğundan vəsaitin bir hissəsini götürüb, amma məbləğ ittihamda yazıldığı kimi, 565 min olmayıb, rəqəm bundan iki dəfə azdır: "Oktyabrın 16-da təsisçi Sona Vəliyeva məni xidməti otağına çağırıb, 565 mini götürüb-götürmədiyimi soruşdu. Dedim ki, təxminən 350 min götürmüşəm, liseydə araşdıranlar düz hesablamayıblar. Sona Vəliyeva dedi ki, əgər ona 565 minin hamısını özümün mənimsəməyim barədə ərizə yazıb versəm, polisə şikayət etməyəcək. Ona inanıb dediyi kimi izahat yazdım, pulu geri ödəmək üçün də 1 il möhlət verməsini xahiş etdim”. Digər təqsirləndirilən Fərahim Möhbalıyevin onunla əlbir olmadığını deyən Tural Məmmədovun sözlərinə görə, pulun bir hissəsini şəxsi problemlərinin həllinə, qalanını da "Tatlı dünyası” şirniyyat evinin təmirinə xərcləyib. Fərahim Möhbalıyev isə özünü təqsirli saymır.
Загрузка...
Загрузка...

Xəbər lenti