SOCAR vəzifəlisi qardaşını intihar həddinə çatdırıb

SOCAR vəzifəlisi qardaşını intihar həddinə çatdırıb
Загрузка...
Tanınmış neftçinin oğlu intihar həddinə çatdırıldığını deyir
Azərbaycanın neft sənayesi tarixində tanınan ismlərdən olan, vaxtilə neftçi Qurbanın müavini olmuş Böyükağa Abasovun ailəsində qalmaqal yaşanır. Neftçinin oğlu İsmayıl Abasov intihar edəcəyini anons edərək məktubla bu haqda baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, SOCAR prezidenti Rövnəq Abdullayevə, Bakı, Xəzər prokurorlarına, Bakı və Xəzər rayon Polis İdarələrinin rəislərinə, Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinə müraciəıt edib. Criminal.az saytına da göndərilən həmin müraciətdə İsmayıl Abasov özünü öldürmə həddinə çatdırıldığını, onu bu vəziyyətə çatdıran şəxslərin adlarını xüsusi olaraq qeyd edib:
"Son 1 il ərzində mənə qarşi edilən terror, şər və böhtana son qoyulmasını tələb edirəm! Dövlət Neft Şirkətinin məsul əməkdaşı Abasov Bəxtiyar Böyük Ağa oğlunun şər və böhtanına artıq dözə bilmirəm, intihar edəcəyəm. Ailə üzvlərimiz və qohumlarımız ilə həmişə normal münasibətlərimiz olub.
Qardaşım Bəxtiyar Böyük Ağa oğlu Abasov, xalam oğlu Tələt Əkrəm oğlu Kərimov, xalam gəlini, Tələt Kərimovun arvadı Kəmalə Balaxan qızı Kərimova ilə aramızda heç bir vaxt mübahisələr olmayıb. 2018-ci ilin avqustundan etibarən bu adamların mənə qarşı təzyiqləri bitmir. Əksinə gündən günə artır. 2018-ci ilin avqustuna qədər sakit həyat yaşayan insan olmuşam. Hazırda isə az qala hər gün inzibati qaydada cərimə edilirəm. Xəzər rayon 1-ci bölməsinin əməkdaşları, onların adlarını daxili araşdırma aparılarsa, açıqlayacağam, qardaşımın istəyi ilə başıma oyun açırlar. Bildirirlər ki, bacım İradəxanım Böyük Ağa qızı Rüstəmovanın adına olan bağın bir qismini qardaşın Bəxtiyar Abasovun adına keçirməlisən. Keçirməsən, səni əlimizdən gələni edib tutduracağıq. Demək olar ki, artıq buna nail olublar. 2018-ci ilin avqustundan etibarən məni dəfələrlə əsassız olaraq cərimə etdiriblər. Bu da azmış ki, böhtan kampaniyasına qoşulan xalam oğlu Tələt və arvadı Kəmalə məndən şikayət ərizəsi ilə 1-ci bölməyə müraciət ediblər.
Şikayətlərində yazırlar ki, təxminən 10 il bundan qabaq guya mənə dəfələrlə pul veriblər. Guya onlaırn mebelləri məndədir. Gülməli şikayət olsa da, artıq bezmişəm, bu işin faciəvi sonu olacaq! Rəsmən bəyan edirəm ki, intihar həddindəyəm: - Azərbaycan dövləti bu işə müdaxilə etməlidir. Xəzər Rayon Polis İdarəsinin 1-ci bölməsinin bəzi əməkdaşları, onlara himayədarlıq edən şəxslər və qardaşım Bəxtiyarın, Kəmalənin və Tələtin mənim intiharımda günahları var! Bəxtiyar Abasov Dövlət Neft Şirkətində mühüm vəzifə tutur. 1-ci bölmə əməkdaşlarının mənə onun istəyi ilə təzyiq etməkdən başqa yolları yoxdur! Bu məktubu mənim intiharıma səbəb olan şəxslərin kimliyini sizlərə məlum olsun deyə yazıram!” –deyə məktub müəllifi yazır.
Загрузка...
Загрузка...

Xəbər lenti