SOCAR Rumıniyada futbol klubunun sponsoru olub

SOCAR Rumıniyada futbol klubunun sponsoru olub
Tərəflər arasındakı əməkdaşlığın müddəti barədə məlumat verilməyib
Azərbaycanın dövlət neft şirkəti SOCAR Rumıniyanın "Universitatya Kluj" futbol klubunun yeni sponsoru olub. Bu barədə Rumıniya klubunun rəsmi saytında və sosial media hesablarında məlumat yayılıb.
Məlumatda bildirilir ki, SOCAR Rumıniya klubu ilə əməkdaşlığa kimi 2016-cı ildə keçirilən futbol üzrə Avropa çempionatının rəsmi sponsoru olub və son mövsümdə Azərbaycan çempionu olan "Neftçi"nin əsas maliyyə dayaqlarından biridir. Tərəflər arasındakı əməkdaşlığın müddəti barədə məlumat verilməyib. SOCAR 2011-ci ildən Rumıniya bazarındadır. Şirkət bu ölkədə 60 stansiyada 750 iş yeri yaradıb.
"Universitatya Kluj” klubunun əsası 1919-cu ildə qoyulub. Sözügedən komanda hazırda Rumıniya 2-ci liqasında mübarizə aparır. Cari mövsümdə keçirdiyi 8 oyunda 18 xal toplamış Kluj təmsilçisi, 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Xəbər lenti