SOCAR Malta qalmaqalı ilə əlaqəsi olmadığını bildirib

26 Dekabr 2019, 16:32
26 Dekabr
2019
16:32
2659
"Turab Musayev Malta hökumətinin hərəkətlərini koordinasiya edib”
Maltada jurnalist Dafna Qalisiyanın 2017-ci ildə qətlə yetirilməsi ilə əlaqədar SOCAR-ın maye qaz idarəsinin müdiri, SOCAR-ın bu ticarət evinin maraqlarını "ElectroGas Malta” layihəsində təmsil edən SOCAR Trading-in əməkdaşı Turab Musayev Maltada istintaqa cəlb edilib.
Bu ölkənin bir sıra aparıcı KİV-i T.Musayevin bu ağır işdə iştirakçı olduğunu yazıb.
Amma SOCAR-dakı mənbələr "Turan” İnformasiya Agentliyinə "Turab Musayevin Malta qalmaqalı ilə əlaqəsi yoxdur” deyə bildiriblər. Yəni böyük ehtimalla bunu sübut edə bilər.
"ElectroGas Malta”nın istintaqla əməkdaşlıq etməyə razılıq verən işçisi Turab Musayevin Yorgen Feneklə (o, "ElektroGas Malta”nın noyabrın 30-dan istintaq altında olan keçmiş rəhbəridir) Maltanın hüquq-mühafizə orqanlarının diqqətini cəlb edən qaranlıq işlərdə əməkdaşlığını sübut edən bir çox sənəd və yazışma təqdim edib.
"Qətlə yetirilən maltalı jurnalistin ailəsi "Avropola” müraciət edib”
"Turan” İA yazır ki, "Times of Malta”nın jurnalisti Ayven Martinin verdiyi məlumata görə, jurnalistin qətlinin vasitəçisi cənab Teuma deyib ki, cinayətdən bir az əvvəl Yorgen Fenek Turab adlı birisi ilə görüşüb və uzun müddət danışıb.
"Maltalı reportyor şübhə etmir ki, bu, Turab Musayevdir və sübut kimi öz "Twitter”-ində elektron yazışmadan fraqment gətirir. Orada Turab Musayev faktiki olaraq "EntaMalta” dövlət şirkətinin "problemlərini həll etmək” üçün Malta hökumətinin hərəkətlərini koordinasiya edir. Maraqlıdır ki, məktub "Bu səhər mən və Yorgen (Fenech) Konrad Mitssi ilə danışdıq ...” sözləri ilə başlayır”, - agentlik yazıb.
"Turan” İA-nın yazısında qeyd olunur ki, bu yaxınlarda Dafne Qalisiyanın ailəsi Malta, Azərbaycan və hətta Birləşmiş Ərəb Əmirlikləri arasındakı gizli pul yolunu izləməyə çalışan istintaqa lazımi dəstək verilməsi xahişi ilə "Avropol”a müraciət edib.
"2013-cü ildə Malta hökuməti "Enemalta” dövlət enerji paylayıcı şirkəti vasitəsi ilə adada elektrik stansiyasının inşası və daha sonra onun maye qazla təmin edilməsi üçün tender elan etdi. Tenderi üçdə biri SOCAR-a məxsus olan "ElectroGas Malta” konsorsiumu qazandı. 2015-ci ildə "ElectroGas Malta” SOCAR-la elektrik stansiyasını təchiz etmək üçün Maltaya mayeləşdirilmiş təbii qaz tədarük etmək üzrə eksklüziv uzunmüddətli müqavilə imzaladı.
Belə tədarüklər 2017-ci ildə bu yeni elektrik stansiyasının və onun ətrafındakı strukturların istifadəyə verilməsi ilə başladı”, - Turan İA yazıb.
"Malta qalmaqalının Azərbaycanla əlaqəsi yoxdur”
Böyük Britaniyanın "Guardian” qəzeti yazır ki, tədarük başlayandan korrupsiya sxemi aşkar idi. Məlum oldu ki, SOCAR maye qazın ilk həcmlərini "Shell”dən ("SOCAR Trading” təsdiq edir) 113 milyon dollara alıb, lakin "ElectroGas Malta”ya bu qaz 153 milyon dollara satılıb, yəni 40 milyon dollar "kənara” gedib və uzun müddət beləcə davam edib.
"Həlak olan jurnalist Dafne Qalisiya 2017-ci ilin payızında aşağıdakı sxemi çəkib: Son benefisiarı Konrad Mitssi (o vaxt Maltanın energetika naziri) olan "Egrant Inc” və "Hearnville Inc” ofşor firmalarının hesabına və Kit Şembriyə məxsus (Malta hökumət administrasiyasında işləyir) "Tillgate Inc” firmasına "ElectroGas Malta” layihəsi ilə bu və ya digər şəkildə bağlı olan bank hesablarından mütəmadi olaraq böyük miqdarda pul daxil olub. Eyni zamanda, jurnalist Maltanın baş naziri Cozef Muskatın ailəsinin enerji layihəsindən rüşvət almaqla əlaqəli olması ehtimalını bildirib. Jurnalist bunu Maltanın qanunlarına uyğun saymayıb”, - qəzet yazır.
Ancaq SOCAR bunu təkzib edib
"Bu qalmaqalın Azərbaycanla əlaqəsi yoxdur. Bu cür ehtimallar "SOCAR Trading”in Azərbaycanın adından Maltada strateji əhəmiyyətli enerji layihəsində iştirak etməsi səbəbindən edilib. Həbs olunan Yorgen Fenekin SOCAR-la birbaşa əlaqəsi yoxdur və "SOCAR Trading”-in istintaqa heç bir aidiyyəti yoxdur”, - deyə Azərbaycan Dövlət Neft Şirkətindəki məlumatlı mənbə "Turan” İA-a bildirib.
Mənbə xatırladıb ki, Maltanın cənub-şərqindəki Marsaşlokk yaxınlığındakı Delimar Elektrik Stansiyasındakı maye qazdan elektrik enerjisi istehsal edən kompleks son illər ölkənin ən böyük enerji layihəsidir. O, "Societe Generale”, BNP, HSBC, KFW-dən beynəlxalq kreditləri hesabına maliyyələşdirilib.
"2013-cü ildə 18 şirkət Maltadakı tenderə maraq göstərdi. Nəticələrinə görə, "Enemalta” rəqabətin bütün şərtlərinə cavab verən və ən aşağı qiymət təklif edən şirkətlər arasında "ElectroGasMalta” konsorsiumunu seçdi və 2013-cü ilin sentyabrında müqavilə imzaladı. Saziş Avropa Komissiyası tərəfindən də təsdiqlənib. Layihələndirmə tender başa çatdıqdan sonra 2015-ci ildə başladı. Tikinti 2016-cı ilin qışında köhnə mazut stansiyasının (Heavy Fuel Oil) təmizlənməsi və ərazinin yenidən qazlaşdırılması ilə başladı və 2017-ci ildə tamamlandı”, - deyə mənbə xatırladıb.

Turab Musayev
Onun sözlərinə görə, Malta hökumətinin "SOCAR Trading” qarşısında qoyduğu şərtlər arasında maye qaz tədarükünün beş il ərzində sabit qiymətlə həyata keçirilməsi də var.
Müqavilənin şərtlərini yerinə yetirmək üçün "SOCAR Trading”-dən 5 il müddətinə logistika və LNG tədarükünə zəmanət, habelə LNG qiymətlərində baş verə biləcək dəyişkənlik ilə əlaqədar riski üzərinə götürmək tələb edildi. Şirkət bununla razılaşdı. Layihənin ümumi dəyəri 510 milyon avrodur. Bunun 80 faizini beynəlxalq banklar, qalanını isə layihənin səhmdarları təmin edir.
"Yəni layihə Maltanın borc öhdəliklərini artırmadan həyata keçirildi. Həmçinin layihə sayəsində "Enemalta” istehlakçılar üçün elektrik enerjisinin qiymətini 25% -dən çox endirdi və 5 il müddətində sabit enerji qiymətlərini təmin etdi. Bəzi dairələr Maltanın layihədən faydalarını şübhə altına aldılar.
Onlar iddia etdilər ki, "SOCAR Trading” istehsalçı deyil, LNG tədarükçüsüdür, buna görə də LNG-ni Maltaya istehsalçılardan daha baha qiymətə idxal edəcək. Amma Malta hakimiyyəti "SOCAR Trading”, "Siemens” və "GEM Holdings” şirkətlərinin iştirakı ilə konsorsiumu ona görə seçdi ki, "SOCAR Trading” LNG-ni uzun müddətə sabit qiymətə tədarük etmək öhdəliyini götürdü. Malta hökumətinin məqsədi vətəndaşları qazla sabit təmin etmək idi. Buna görə Malta hökuməti tender elan edərkən LNG tədarükü üzrə beş illik müddət üçün əvvəlcədən müəyyən edilmiş qiymət şərti qoyub.
Nəticədə daha əlverişli təkliflər "SOCAR Trading” və "Electrogas Malta” konsorsiumu tərəfindən verildi. Yəni "SOCAR Trading” məhz bu öhdəlik sayəsində tenderi qazandı. Bu, LNG bazarında qiymətlərin dəyişə biləcəyini qəbul etmək deməkdir. Yəni burada şirkət qazancını və zərərini nəzərə almalı idi. Əlbəttə, "SOCAR Trading” zərərlərin qarşısını almaq üçün beş illik tədarükləri sığortaladı. Bu, şirkət üçün əlavə xərclər deməkdir. Göründüyü kimi, digər şirkətlər beş illik öhdəlik götürmək istəmədilər, buna görə də "SOCAR Trading”ə üstünlük verdilər”, - deyə SOCAR-da izah ediblər.
Dövlət şirkətində hələ də hesab edirlər ki, Maltadakı layihə "SOCAR Trading”in uğurlu fəaliyyəti üçün yeni bir səhifə açaraq qlobal LNG bazarının yeni bir seqmentinə çıxmasına imkan verdi.
"Hazırda SOCAR Uzaq Şərqdən Amerikaya qədər müxtəlif qitələrdə LNG ticarəti edir və bununla da Azərbaycana əlavə gəlir gətirir. Bu, ölkəmizin davamlı inkişafına bir töhfədir. Hətta Azərbaycanda neft ehtiyatlarının nə vaxtsa ükənəcəyini güman etsək, "SOCAR Trading” beynəlxalq bazarlardakı əməliyyatlar hesabına ölkəyə əhəmiyyətli gəlir mənbələrindən biri olaraq qalacaq”, - deyə Dövlət Neft Şirkətində bildiriblər.
2017-ci ilin 16 oktyabrında Dafna Qalisiya evinin yaxınlığında avtomobilinin partladılması ilə öldürülmüşdü.
53 yaşlı jurnalist bloqlarında partiya mənsubluğundan asılı olmadan yüksəkrütbəli siyasətçilər arasında iddia edilən korrupsiyadan yazırdı.
Keçmiş Daxili İşlər naziri Louis Galea 30 illik jurnalist təcrübəsi olan Karuana Qalisiyanı "Maltanın ən cəsur jurnalisti” adlandırmışdı.
Hökumət, jurnalisti qətlə yetirənlər barədə məlumata görə €1milyon ($1.2 milyon) mükafat vəd edib.
İstintaqın aparılmasına Malta rəsmiləri FTB (ABŞ-ın Federal Təhqiqqat Bürosu) əməkdaşlarını da cəlb ediblər.
Jurnalistin üç oğlu "fundamental azadlıqları” qoruya bilmədiyinə görə Baş naziri istefa verməyə çağırıb.
Dünyanın aparıcı ən iri səkkiz mətbuat vasitəsi Avropa Komissiyasını qətli araşdırmağa çağırıb.
Xəbər lenti
-
19:16Mübariz Mənsimov: "Satqınları və xəyanətkarları Allaha tapşırıram"
-
19:36Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
17:34Həbs edilən qazi azadlığa buraxıldı
-
17:33Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
16:39Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
16:34Ramiz Mehdiyev qurultaydan danışdı
-
16:29Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
14:32Mübariz Mənsimov azadlıqda!
-
12:53Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
06 Mart 2021
05 Mart 2021
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
Digər xəbərlər
-
Manşet, Foto, Dosye
Milyardlarla dolları Avropada "yuyan" Zaur Balayev istintaqa kələk gəlmək istədi - "RÖVŞƏN LƏNKƏRANSKİNİ ŞƏXSƏN TANIDIĞINI, QƏTLLƏR HAQDA BİLDİYİNİ DEYİRMİŞ...
-
Manşet, Foto, Dosye
İzlənildiyi ilə bağlı Əbiyevlə Mahmudova raport verən generalın qətlindən 12 il ötdü
-
Manşet, Foto, Dosye
Akif Çovdarovun vəkilindən sensasion müsahibə - “Tağı Əhmədovu onun üzünə durmağa məcbur etmişdilər”
-
Manşet, Foto, Dosye
Mübariz Mənsimovdan növbəti sərt məktub: "Yalnışmı yapdım sayın Ərdoğan?"
-
Manşet, Foto, Dosye
Oqtay Əsədovun terror şəbəkəsinin üzvü ilə fotosu üzə çıxıb
-
Manşet, Foto, Dosye
Elmira Axundovaya pul daşıyan şəxsin fotosu yayıldı
-
Manşet, Foto, Dosye
Salyanda polis tərəfindən zorlandığı deyilən 21 yaşlı qızın istintaqda dedikləri: "Həmzənin sağ yanına bir zərbə endirib bıçağı çıxardım..."
-
Manşet, Foto, Dosye
Salyanda polis tərəfindən zorlandığı deyilən 21 yaşlı qızın istintaqda dedikləri: "Avtomobildə onunla cinsi əlaqədə oldum..."
-
Audio, Manşet, Foto, Dosye
Həbib Axundovun sifarişini yerinə yetirən polis haqqında ŞOK faktlar