SMS icazələrinin müddəti uzadılır

SMS icazələrinin müddəti uzadılır
 Azərbaycanda xüsusi karantin rejimi avqustun 31-dək uzadıldı. Eyni zamanda, iyulun 20-dən avqustun 5-dək Bakı, Gəncə, Sumqayıt və ölkənin digər 11 şəhər və rayonunda sərtləşdirilmiş karantin rejiminin vaxtı uzadılır. Eyni zamanda Lənkəran və Samux rayonlarında sərtləşdirilmiş karantin rejimi ləğv edilir.
İyulun 20-dən sərtləşdirilmiş rejim olan şəhər və bölgələrdə bərbərxanalar, gözəllik salonlarının və kosmetik xidmətlərin (masaj salonları və hamamlardan başqa) fəaliyyətinə icazə verilir və SMS-icazələrin müddəti 2 saatdan 3 saata qədər uzadılır. 

Xəbər lenti