Siyavuş Novruzovun xanımı Ombudsman seçildi

Siyavuş Novruzovun xanımı Ombudsman seçildi
Загрузка...
Parlamentin bugünkü plenar iclasında Prezident İlham Əliyevin təklifi ilə Ombudsman seçilib. "Qafqazinfo"nun verdiyi xəbərə görə, Bahar Muradova çıxışında bildirib ki, namizədlər Səbinə Əliyeva, Kəmalə Abıyeva və Kəmalə Əliyeva arasında komitə iclasında müzakirə aparılıb.
Millət vəkillərinin səsverməsi nəticəsində Səbinə Əliyeva 104 səslə Azərbaycanın yeni İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib, 1 nəfər isə bitərəf qalıb.
Qeyd edək ki, Ombudsman Elmira Süleymanova plenar iclasda iştirak etməyib.
Xatırladaq ki, S. Əliyeva YAP-çı deputat Siyavuş Novruzovun xanımıdır.
Загрузка...
Загрузка...

Xəbər lenti