Siyavuş Novruzovun istefası qəbul edildi

Siyavuş Novruzovun istefası qəbul edildi
Загрузка...
Deputat artıq partiyanın rəhbərliyində təmsil olunmayacaq Siyavuş Novruzovun Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini vəzifəsindən azad edilməsi barədə müraciəti qəbul edilib. APA hakim partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevə istinadən bu barədə məlumat yayıb.
Avqustun 25-də YAP İcra katibinin müavini Siyavuş Novruzov partiyanın sədri İlham Əliyevə vəzifəsindən azad edilməsi haqqında müraciət edib. Siyavuş Novruzov ötən həftə sabiq deputat İlham Əliyevin qızının toy məclisində iştirak etdiyi üçün Yeni Azərbaycan Partiyası ona töhmət elan edib.
Eyni zamanda, o, polis tərəfindən də cərimə olunub.

Xəbər lenti