Siyavuş Novruzov: “Koronavirus yoxdur” deyənlər də cəzalandırılmalıdır

29 İyun 2020, 14:53
29 İyun
2020
14:53
261
Milli Məclis "karantin və maska cərimələri”ni ikiqat artırdı – 10 min manatadək cərimə tətbiq olunacaq
"Bəziləri informasiyalar yayır ki, siz qanunu pozun, cənab Prezident və Mehribar xanım Əliyeva həmin cərimələri ödəyəcək. Evin üstündə çıxıb domino oynayan şəxsin cəriməsin niyə Prezident və xanımı ödəməlidir?”
Milli Məclisin növbədənkənar sessiyasının iyunun 29-da keçirilən iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov belə deyib.
O bildirib ki, kimlərinsə qanunu pozması nəticəsində insanlar xəstələnirsə, cərimələr daha da sərtləşdirilməlidir.
"Biz vətəndaşlardan xahiş edirik ki, 30 qəpik verib maska alsın və cərimə ödəməsin. Bu, həm də onların sağlamlığının qorunmasıdır. Hər birimiz intizamlı olmalıyıq. Bəzən bunu başqa cür qələmə vermək istəyənlər də var. Bəziləri sosial şəbəkələrdə yazır ki, pandemiya yoxdur. Hesab edirəm ki, koronavirusla əlaqədar şayiə yayanlar barədə də ölçü götürülməlidir” – S.Novruzov bildirib.
Əhliman Əmiraslanov: "Yoluxanların sayı 50 faiz artıb”
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, son 14 gün ərzində Azərbaycanda koronavirusa yoluxanların sayı 50 faiz artıb:
"Bu, çox ciddi bir rəqəmdir. Yoluxmanın sayının artması Azərbaycan səhiyyə sisteminə ciddi təzyiq edir. Səhiyyə sisteminin güclü olması hələ ki, bunu nəzarətdə saxlaya bilir”.
İclasa sədrlik edən Sahibə Qafarova da deyib ki, son vaxtlar koronavirusa yoluxanların sayında artım müşahidə edilir.
"Buna səbəb bəzi vətəndaşlar tərəfindən sanitariya və epidemiya əleyinə rejimin, sanitariya və gigiyena, karantin rejiminə ciddi riayət edilməməsidir. Bu qaydalara bir sıra hallarda etinasızlıq göstərilir. Bununla əlaqədar Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi qanun layihəsi hazırlayıb”.
Karantin rejiminin pozanları 200-10000 manat cərimə gözləyir
Daha sonra inzibati Xətalar Məcəllənin 211-ci maddəsində (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) nəzərdə tutulan cərimələrin iki dəfə artırılması barədə layihə səs qoyularaq təsdiq edilib.
İndiyədək bu əmələ görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbslə cəzalandırılırdı.
Hüquqi şəxslər isə bu əmələ görə 2000 manatdan 5000 manatadək məbləğdə cərimə edilirdi.
Təklif edilən dəyişik layihəsində inzibati həbsin müddəti dəyişməz qalsa da, dəyişiklik qüvvəyə mindikdən sonra sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 3 min manatdan 4 min manatadək, hüquqi şəxslər isə 4 min manatdan 10 min manatadək məbləğdə cərimə ediləcək.
Maska taxmayanların cəriməsi də ikiqat artırıldı
Bundan başqa, tənəffüs yollarını qoruyan maskada istifadə etməməyə görə cərimələrin də məbləği iki dəfə artırılıb.
Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilirdi.
Dəyişikliyə görə, həmin qaydanın pozulmasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.
Bu əməlin bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 yüz manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə ediləcək.
Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına əsasən, Azərbaycan ərazisində karantin rejiminin müddəti avqustun 1-dək artırılıb.
Yoluxmanın daha yüksək olduğu bildirilən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində isə iyuluin 5-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.
Xəbər lenti
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
14:29AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
23:28Əli Həsənov ailəsinə məxsus 6 şirkət ləğv olunmasını təsdiqlədi
-
12:17İlham Əliyev, Putin və Paşinyan bəyanat imzaladı - Tam mətn
-
12:14Vilyam Hacıyevin oğluna yeni vəzifə verildi
-
12:12Qobustandakı zavodda partlayış oldu, fəhlə öldü
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
13 Yanvar 2021
12 Yanvar 2021
Digər xəbərlər
-
Sənəd, Cəmiyyət
DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
Cəmiyyət
Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
Foto, Cəmiyyət
Ağdamın Xıdırlı kəndindən görüntülər
-
Cəmiyyət
"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
Cəmiyyət
Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
Cəmiyyət
Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
Foto, Cəmiyyət
''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
Manşet, Foto, Cəmiyyət
Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
Foto, Cəmiyyət
Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular