Siyavuş Novruzov keçmiş nazirlərə: Milyardları yığıb altına, xaricdə oturanları maliyyələşdirmə

Siyavuş Novruzov keçmiş nazirlərə: Milyardları yığıb altına, xaricdə oturanları maliyyələşdirmə
Загрузка...
Baş prokurorluq deputat Siyavuş Novruzovun keçmiş nazirlərlə bağlı dediyi məsələlərə görə araşdırma aparmır. Bunu Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Trend” agentliyinə deyib. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov "Yeni Müsavat” qəzetinə bildirib ki, bir sıra eks-nazirlərlə bağlı dosyelərə malikdir. 

Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov
"Hələ bəzi problemləri də elə siz, keçmişdə nazir vəzifələrində çalışanlar yaradırsınız, bunu unutmayın! Ya çıxın, ortaya mövqeyinizi qoyun, ya da sizinlə bizim davamız daha gərgin olacaq! Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər. Ona görə gəl ortaya, rəhmətlik ulu öndər demişkən, "mövqeyini bildir!” Xaricdə oturanları maliyyələşdirmə! Masamın üzərində hamınızın siyahısı var, kimə nə verirsiniz. Mən onların hər birinə mətbuat vasitəsilə xəbərdarlıq edirəm. Ya mövqeyini bildir, ya da ki, başqa məsələlərə əl atılacaq!”
"Bu xəbərdarlıq və ittihamlar konkret olaraq kimə, yaxud kimlərə ünvanlanıb?” sualına cavabında Siyavuş Novruzov konkret ad çəkməyib. "Onlardan YAP Siyasi Şurasının, hətta İdarə Heyətinin üzvləri də var. Digərləri də, bitərəfi də…var. Mən ona görə də onları xəbərdar edirəm ki, ya çıxın meydana, mövqeyinizi ortaya qoyun, ya da mən mövqeyimi ortaya qoyacağam! Amma söhbət partiyadan getmir. Çıx ortaya, mövqeyini bildir! Sən bütün nəsil-nəcabətini təmin eləmisən. Çıx ortaya! Çıxmasan, biz çıxacağıq. Onda vəziyyətin çox ağır olacaq”.
"Turan” İnformasiya Agentliyi yazıb ki, üç keçmiş nazir - təhsil naziri Misir Mərdanov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və nəqliyyat naziri Ziya Məmmədov bəyanatla çıxış edərək müxalifətin maliyyələşdirilməsinə bağlı olduqlarını inkar ediblər.
Agentlik qeyd edib ki, indiyə qədər hakim partiya və iqtidar Qərbi Azərbaycanda hakimiyyəti devirmək məqsədilə müxalifəti maliyyələşdirməkdə ittiham ediblər.
Загрузка...
Загрузка...

Xəbər lenti