Siyasi hökmlər verən Seyidov, indi də deputat seçir? Siyasi hökmlər verən Seyidov, indi də deputat seçir?

Siyasi hökmlər verən Seyidov, indi də deputat seçir?
Загрузка...
Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Ənvər Seyidovun şok çıxışı yayılıb. Criminal.az xəbər verir ki, sabiq məhkəmə hakimi olduqca səs-küyə səbəb olacaq çıxışını 71 saylı Masallı rayon kənd seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Firdovsi Cəbrayılovun Bədəvan kənd seçiciləri ilə görüşü zamanı edib.
Ə.Seyidov çıxışı zamanı əvvəllər Səbail bələdiyyəsinin sədri olmuş F.Cəbrayılovu bələdiyyə sədri seçdirdiyini etiraf edib: "Bakıda həmişə məhkəməyə gəlirdi, ordan yığışıb gedirdik. Firdovsi bir gün maşını saxladı, dedi ki, Ənvər müəllim, hamıya kömək edirsən, mənə kömək etmirsən. Dedim ki, ay Fİrdovsi sən məndən nə kömək istədin mən etmədim? Dedi ki, bələdiyyə seçkiləri var, məni qat həmin seçkilərə, bələdiyyə sədri olum. Bələdiyyə sədri də oldu, seçildi... İndi də deputatlığa namizəddir. Mənim yanıma gələndə...".
Keçmiş hakim deputatlığa namizədin təbliğatında çıxış edərkən əlaqələrindən istifadə edərək onu deputat seçdirəcəyini deyir. Hüquq-mühafizə orqanlarının bu məsələni araşdırması vacibdir.
Xatırladaq ki, Ə.Seyidov cəmiyyətdə siyasi hökmlərə imza atmış hakim kimi tanınır. O, hakim mantiyasında Bakı Ağır Cinayətlər Məhkəməsində möhürlədiyi hökmlər Avropa İnsan Haqları Məhkəməsində baxılan və Azərbaycan dövlətinin təzminat ödəməsinə səbəb olan işlər sırasında ilk yerlərdə idi. Ənvər Seyidovun "Səidin dəstəsi” işi adı ilə mətbuatda ictimailəşən iş üzrə çıxardığı hökm də Eldar Mahmudovun ambisiyalarının təmin olunmasından doğmuşdu. Bu hökm günahsızlıqları ortada olan Azərbaycan vətəndaşlarının gənclik illəri üzərindən qara xətt çəkdi, ailələrinin həyatlarını qaraltdı.

Xəbər lenti