Şiştəpədə qanlı ailə dramı boşanma istəyinə görə baş verib - İNTİZAM DƏFƏLƏRLƏ ONLARI ÖLÜMLƏ HƏDƏLƏMİŞDİ...

Şiştəpədə qanlı ailə dramı boşanma istəyinə görə baş verib - İNTİZAM DƏFƏLƏRLƏ ONLARI ÖLÜMLƏ HƏDƏLƏMİŞDİ...
 Şəmkir rayonunun Şiştəpə kəndində qanlı ailə dramı baş verib. Az əvvəl yayılan xəbərlərə görə, kənd sakini, 1976-cı ildə anadan olmuş İntizam Hüseynov ailə münaqişəsi zəminində qaynanası, 1963-cü il təvəllüdlü Sədaqət İbadullayevanı və həyat yoldaşı, 1990-cı il təvəllüdlü Mahizər Hüseynovanı bıçaqlayıb. Nəticədə qaynanası xəstəxanaya aparılarkən yolda keçinib, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
İ.Hüseynov cinayəti törətdikdən sonra hadisə yerindən qaçsa da çox keçmədən Şəmkir Rayon Polis şöbəsinin və prokurorluq əməkdaşlarının keçirdikləri birgə əməliyyat zamanı saxlanılıb.
"Report” agentliyi bu qanlı dramın bəzi təfərrüatlarını (hələlik rəsmən təsdiqlənməyib,-red.) dəqiqləşdirib. Bildirilir ki, İntizam Hüseynov arvadı Mahizər Hüseynovaya yataq otağında, qadın yuxuda olduğu zaman bıçaqla zərbə endirib. Qadın kəskin ağrıya oyanıb və üst-başının qan içərisində olduğunu görüb. Onun harayına anası Sədaqət İbadullayeva gəlib. Bu zaman kürəkəni onu da bıçaqlayıb. Hər iki qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb. Lakin S.İbadullayeva yolda keçinib. M.Hüseynova isə təcili cərrahiyyə əməliyyatına götürülüb. Məlumata görə, ailədə bundan əvvəl də vaxtaşırı olaraq dava-dalaş olub, İ.Hüseynovun həyat yoldaşını ov tüfəngi ilə hədələdiyi də bildirilir.
Şəmkirin Şiştəpə kəndində ötən gün baş vermiş qanlı ailə dramının motivi qadının ərindən boşanmaq üçün məhkəməyə müraciət etməsi olub. Belə ki, Mahizər Hüseynova həyat yoldaşı İntizam Hüsenovdan boşanmaq üçün məhkəməyə müraciət edib. Bu səbəbdən İ.Hüseynov əsəbiləşərək, qayınanasıgilə gəlib, həyat yoldaşının ondan boşanmaq istəyinə etiraz edib. İ.Hüseynov əvvəlcə qayınanasına, daha sonra həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub. Mərhum Sədaqət Abdullayevanın bacısının sözlərinə görə, İntizam bir neçə dəfə onlara gələrək, ailələrini öldürməklə hədələyib. M.Hüseynova İ.Hüseynovun əmisi qızıdır. 

Xəbər lenti