Sirus Qçqaninin sertifikatsız işlədən klinikanın rəhbəri susur - İki nəfərin qanına əli batmış əcnəbinin əməllərini gizlədir Sirus Qçqaninin sertifikatsız işlədən klinikanın rəhbəri susur - İki nəfərin qanına əli batmış əcnəbinin əməllərini gizlədir

Sirus Qçqaninin sertifikatsız işlədən klinikanın rəhbəri susur - İki nəfərin qanına əli batmış əcnəbinin əməllərini gizlədir
Загрузка...
Baku Medical Plaza klinikasının həkimi Sirus Qoçqaninin saxtakarlığı rəsmən sübuta yetirilməsi ilə bağlı məlumat vermişdik. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Səidə Rüstəmova uzun müddətdən sonra, Sirus Qoçqaninin sertifikasiyadan keçmədiyini təsdiq edib. Bu haqda Criminal.az-a ictimai vəkil Samir Zeynalov məlumat vermişdi. 

Məsələ ilə bağlı Baku Medikal Plazanın direktoru Pərviz Şükürov sertifikasiyadan keçməyən S.Qoçqanin hazırda fəaliyyətini hansı əsasla davam etdirməsinin səbəbini öyrənməyə çalışıb. Klinikanın direktoru sualları cavablandırmaqdan yayınıb. Criminal.az əməkdaşının P.Şükürovla olan dialoqunu təqdim edirik:
- Pərviz müəlim, klinikanızın həkimi Sirus Qoçqaninin sertifikasiyadan keçməməsi ilə bağlı Səhiyyə Nazirliyinin sənədi var. Siz həmin sənəddən xəbərdarsınız?
- Səhiyyə Nazirliyi belə bir rəy verir, sonra da Sirus Qoçqaninin fəaliyyətinə qadağa qoymur? Bu necə olur axı? Bu işlərə nəzarəti nazirlik həyata keçirir.
- Pərviz müəlim, Sirus Qoçqani hazırda sizin klinikada fəaliyyət göstərir?
- Mən başqa yerdəyəm, danışa bilmirəm
- Pərviz müəllim, S.Qoçqaninin fəaliyyətini davam etdirməsində sizin klinikanın hansı marağı var?
- Mən danışa bilmirəm, sağ olun... 

Dialoqdan da göründüyü kimi, klinikanın direktoru sertifikasiyadan keçəyən bir əcnəbi həkimin hazırda fəaliyyətinin necə davam etdirməsi ilə bağlı suallara cavab verməkdən yayınır. Məsələ ilə bağlı S.Qoçqani də Criminal.az-ın zənglərinə cavab verməyib.  

Qanunvericilik nə deyir?
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1-ci maddəsinə və Əhalinin Sağlamlığının Qorunması Haqqında Azərbaycan Respublikasının qanuna əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin "c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər. 

Xatırladaq ki, Azərbaycanda özünü plastik-estetik cərrah kimi təqdim edən, artıq 2 pasiyentinin əlində öldüyü Sirus Qoçqani əslində cərrah deyil. Bununla belə, Sirus Qoçqani ölkəmizdə liposaksiya (piy sovurma) kimi ağır, riskli əməliyyatları gerçəkləşdirir. Bu ilin mayında onun bıçağı altında, əməliyyat masasında Səhiyyə Nazirliyi Elmi-Təhqiqat Ağciyər Xəstəlikləri İnstitutunun ginekoloqu Sona Gürgün Vəliyeva dünyasını dəyişib. "Baku Medikal Plaza”da baş tutan acı sonluqlu əməliyyatdan sonra Sona Gürgün Vəliyevanın yaxınları onun ölümündə plastik-estetik cərrah Sirus Qoçqanini, assistenti olan həyat yoldaşını suçlulandırıblar. 

Sona Gürgün Vəliyeva Sirus Qoçqaninin bıçağı altında dünyadan köçən ilk pasiyent deyil. Bundan əvvəl, 2017-ci ilin iyununda Sirus Qoçqaninin liposaksiya əməliyyatına götürdüyü 22 yaşlı model Leyla Oruclu da dünyasını dəyişmişdi. O dövrdə Leyla Oruclunun ölümündən sonra Sirus Qoçqani mərhumun yaxınlarından uzaq gəzməyə çalışırdı. Mərhum modelin yaxınlarına xəbər yollamışdı ki, guya əməliyyatdan sonra psixologiyası pozulub. 22 yaşlı modelin anası Sevinc Oruclu qızının vəfatından sonra xəstəxanın anestezioloqunun və icraçı direktorunun onları ziyarət etdiyini, ancaq əməliyyatı həyata keçirən Sirus Qoçqaninin ortalıqda olmadığını açıqlamışdı.

Xəbər lenti