Akif Çovdarov və ona tabe olan rəislərin gizli əməlləri üzə çıxır

Akif Çovdarov və ona tabe olan rəislərin gizli əməlləri üzə çıxır
Загрузка...
Akif Çovdarovun övladları da vuruldu...

Milli Təhlükəsizk Nazirliyində son günlər baş verən hadisələrdən sonra Criminal.az-a sensasiya yaradacaq məlumatlar daxil olmaqda davam edir. Sabiq nazir Eldar Mahmudov və onun generallarının əməlləri haqda saytımıza daha bir xəbər daxil olub.  

Bir neçə gün öncə  işdən çıxarılmış MTN generalı Akif Çovdarov Çovdarova tabe olan şöbələrin rəisləri də baş verən həbslərdən narahat olmağa başlamaqları, evlərindəki qızıl, pul və qiymətli əşyaları çıxarmağa başladıqları barədə məlumat vermişdik. Məlumata görə, nazirlikdə narkotiklələ mübarizə şöbəsinin rəisi Vüqar Muxtarov, onun rəisi Səlim adlı şəxsin həbs olunacaqlarını və evlərində axtarış aparacaqlarından şübhələndiklərindən evlərindəki sərvətləri gizlətməyə başlamışdılar. 

 Buna da bax:  MTN-in idarə və şöbə rəisləri qorxu içərisində - qızıl və pullarını gizlətməyə başlayıblar

Bu gün isə Criminal.az-a  Akif Çovdarov və ona tabe olan rəislərin bir-birinə ''bağlayan'' əməlləri üzə ilə bağlı məlumat daxil olub. Mənbənin saytımıza verdiyi məlumata görə, Akif Çovdarovun yaxın qohumunun Vuqar Muxtarovun qayınları ilə şərikli biznesləri var. Akif Çovdarovun tabeliyində çalışan V.Muxtarovun isə aksiz (markası ) biznesi mövcuddur. V.Muxtarovun qayınları respublikaya qeyri-qanunu yolla gətirdikləri aksiz markasını onun ''krışalğı'' ilə satırlar. 

Bundan başqa, V.Muxtarovun qaynı (hələlik adı gizli saxlanılır) illər öncə Daxili İşlər Nazirliyindən ölkədə sesnsasiya yaratmış insan alveri cinayətinə görə işdən azad olunub.

V.Muxtarovun qaynının həbs olunması və Bakıxanov qəsəbəsindəki evində axtarış aparıldığı da deyilir.  

Saytımıza məlumat verən mənbə A.Çovdarovun Astara gömrük məntəqəsində və Milli Məclisdə işləyən iki övladının da işdən çıxarılmasını bildirib.  

Məsələ ilə bağlı MTN-dən rəsmi cavab almaq isə mümkün deyil. 

 Criminla.az

Xəbər lenti