Silahı polisin əlindən alıb döyməyə başlayıblar...

Silahı polisin əlindən alıb döyməyə başlayıblar...
Загрузка...
Goranboy rayonunda dünən baş verən silahlı insidentin səbəbi məlum olub. "Qafqazinfo” hadisənin necə baş verməsinin detallarını öyrənib. Belə ki, içkili vəziyyətdə olan bir qrup vətəndaş ictimai yerdə toplaşaraq ucadan danışıb, söyüş söyürmüşlər.
Bu zaman sahə müvəkkili, polis leytenantı Vüsal Kərimov və mühafizə polisi əməkdaşı Səfər Həsənov onlara yaxınlaşaraq intizamlı davranmağı bildiriblər.
Sərxoş gənclər isə polislərlə mübahisə ediblər, sonda isə bu davaya səbəb olub. Vətəndaşlar polisi və mühafizəçini döyməyə başlayıblar. Bir neçə nəfər tərəfindən döyülən leytenant Kərimov xidməti silahından havaya atəş açaraq onları özündən uzaqlaşdırmağa çalışıb. Bu zaman güllə V.Kərimovu döyənlərdən biri - Lətif Əmrahovun sol gözündən dəyib.
Daha sonra qardaşı Təbriz silahı polisin əlindən alaraq tapançanın qundağı ilə V.Kərimovun başına dəfələrlə vurublar. Mühafizəçi Səfər Həsənov da döyülmə nəticəsində xəsarət alıb. T.Əmrahov və iki polis əməkdaşı hazırda xəstəxanada müalicə olunurlar. Goranboy rayon prokurorluğunda araşdırma aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti