Şikayətçini dəlixanaya saldıran icra başçısının oğlu 450 min manata avtomobil alıb

Şikayətçini dəlixanaya saldıran icra başçısının oğlu 450 min manata avtomobil alıb
Загрузка...
"O, bu maşını hansı pulla alıb? Hamısı rüşvət və korrupsiya pullarıdır”. Bunu qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğluna aldığı 275 min dollar (450 min manat) dəyərində olan avtomobildən danışarkən deyib.
Onun sözlərinə görə, icra başçılarının 90%-i bu işlə məşğuldurlar: "O, pulu haradan ala bilər? 1000 manata yaxın maaş alır. Yalnız rüşvət və korrupsiya. Bir o deyil ki, icra başçılarının 90%-i bu işlə məşğuldur. Bir məsələnin tərəfdarıyam. İcra başçılarının əmək haqlarına baxılsın. Necə ki, dövlət başçısı hakimlərin maaşını artırdı. Elə də icra başçılarının maaşını artırmaq lazımdır. Və demək lazımdır ki, sənə verilən budur, əlini sakit qoy, başqa neqativ hallar olmasın”.
Qeyd edək ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov oğluna 275 min dollar (450 min manat) dəyərində olan avtomobil alıb.
Criminal.az xatırladır ki, R.Babaşov bir müddət əvvəl ondan şikayətçi olan sakinləri ruhi-əsəb xəstəxanasına saldırmaqla, eyni zamanda rayondan sürgün etdirmək hədəsi ilə gündəmə gəlmişdi.
Eyni zamanda R.Babaşov özünə bahalı "Range Rover" markalı avtomobil alması xəbəri də ölkə mediasında yayılmışdı.

Xəbər lenti