Şeyxin qudası Vasif Talıbovun övladlarına dəniz kənarında 110 sot torpaq satıb

24 Sentyabr 2020, 16:53
24 Sentyabr
2020
16:53
855
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun övladları Seymur Talıbov və Bahar Talıbovanın Bilgəh qəsəbəsində dəniz qırağında 110 sot torpaq sahəsi var.
Belə ki, torpağı Sabunçu rayonu, Bilgəh qəsəbə bələdiyyəsi tərəfindən zəbt olunan Hacıyeva Sevil İsfəndiyar qızının hüquqlarını müdafiə edən hüququşünas Nicat Gözəlov Unikal.org-un redaksiyasına kifayət qədər sübutlarla dolu olan məhkəmə sənədləri təqdim edib.

Nicat Gözəlovun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi S.Hacızadəyə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 13 mart 1992-ci il tarixli 378 nömrəli sərəncamı ilə Bilgəh bağlar sahəsində 59 nömrəli Bağlar Təsərrüfatı Kooperativinin nəzdində 12 sot torpaq sahəsi olan 1865 nömrəli bağ verilib. Həmin sərəncama əsasən 108 nömrəli orderdə S.Hacızadəyə təqdim edilib. Orderdə xanımın istifadəsinə verilmiş bağın sərhədləri yerdə və xəritədə müəyyən edilmiş və sahə ölçülüb ona təhvil verilib:
"Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən sorğumuza verilən cavabda sərəncam və orderin hazıra qədər ləğv edilməsi ilə bağlı məlumat yoxdur. Həmçinin məhkəmədə cavabdeh tərəf olan DƏDRX-nin Bakı Ərazi İdarəsinin məktubunda da göstərilir ki, "Bakı şəhəri İcra hakimiyyəti başçısının 13 mart 1992-ci il tarixli 378 nömrəli sərəncamı ilə Sevil Hacızadəyə verilmiş 12 sot bağ sahəsinin digər şəxsin adına keçməsi barədə məlumat aşkar edilməyib”.
Bundan sonra cavabdehə qarşı "Bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair " iddia qaldırdım. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.06.2017-ci il qərarı ilə iddiam qismən təmin edilmiş, iddiaçının "Bağ sahəsinə hüquqların daşınmaz əmlakın qeydiyyata alınması barədə” ərizəsinə məhkəmənin hüququ mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyinin cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınıb. Həmin qərarın icrası ilə bağlı DƏDRX Bakı şəhər Ərazi İdarəsi yenidən sənədləri qəbul etmiş və 04.10.2017-ci il tarixli məktubla "adıçəkilən daşınmaz əmlakın mövcudluğunun, həmçinin sərhəd koordinatlarının yerində dəqiqləşdirilməsi öhdəliyinin qoyulması ilə bağlı məhkəmə qərarına dair Xidmətdə hər hansı məlumat aşkar edilməmişdir” kimi cavablandırmışdır. Bunun ardınca DƏDRX Bakı şəhər Ərazi İdarəsi 10.10.2017-ci il tarixli məktubunda bildirib ki, "aparılan araşdırma zamanı yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığı müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır, ona görə də, ərizənin icrasından imitina edilir”.

Hüquqşünas Nicat Gözlovun təqdim etdiyi sənədlərdən aydın olur ki, 2007-ci il 05 avqust tarixində Sabunçu rayon Bilgəh bələdiyyəsi Xəzər dənizinin cənubunda yerləşən 55 sot torpaq sahəsini akt tərtib edərək 14 960 manat müqabilində Talıbov Seymur Vasif oğluna satıb. Bundan 20 gün sonra isə 2007-ci il 25 avqust tarixində eyni ərazidə Sabunçu rayon Bilgəh bələdiyyəsi Xəzər dənizinin cənubunda yerləşən digər 55 sot torpaq sahəsini akt tərtib edərək 14 960 manat müqabilində Talıbov Bahar Vasif qızına satıb.
Qeyd edək ki, həmin vaxt Bilgəh bələdiyyəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası kimi tanınan, dəfələrlə Milli Məclisin deputatı olan Hacı Qalib Salahzadə olub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 17.04.2007-cil il tarixli Fərmanı ilə bələdiyyələrə ancaq hərrac yolu ilə öz ərazisində qeydiyyatda olan şəxslərə öz torpaqlarını satmağa icazə verilir. Alqı-satqı sənədlərindən görünür ki, Seymur və Bahar Talıbovlar Naxçıvan şəhər qeydiyyatındadılar. Həmçinin onu da xatırladaq ki, qanunvericilik ancaq 6 və ya 12 sot torpağın vətəndaşlara satılmasına imkan verir.
Həmçinin bələdiyyənin bağ torpaqlarını satmağa və ya idarə etməyə ixtiyarı yoxdur.
Bundan sonra Talıbovlar 2013-cü ildə bələdiyyədən aldıqları torpaqlara DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı 0239067 və 0244240 saylı çıxarışlar alıblar.
28.06.2018-ci il tarixdə isə RX seriyalı 1332787 saylı çıxarış ilə Bilgəh qəsəbəsi, Nardaran-Bilgəh yolu, 3-cü km, ev 24 ünvanında yerləşən 704 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqları Talıbova Bahar Vasif qızının adına hüquqi qeydiyyata alınmışdır.
Yəni 7 sot torpaq üzərində ev tikib sərəncam alıblar.
Məhkəmə sənədlərindən görünür ki, Sevil Hacızadəyə məxsus 18 165 saylı bağ sahəsi Seymur Talıbov tərəfindən mişar daşı ilə hasara alınmış ərazinin daxili hissəsində yerləşdiyi, torpaq sahəsinə olan giriş darvazası bağlı olduğundan içəri keçmək mümkün olmadığından və texniki baxış kənardan keçirilmiş və 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən 1865 saylı bağın həmin torpaq sahəsinin daxilində olduğu qeyd olunub. 9 metrlik hasardan içəri hətta ekspertləri və mühəndisləri də buraxmayıblar. Yəni Sevil Hacızadəyə məxsus 12 sot bağ torpağı Qalib Salahzadə tərəfindən Seymur Talıbova satılıb. Bununla bağlı Qalib Salahzadə ilk olaraq Sevil Hacızadəyə dəymiş ziyanı ödəməyə hazır olduğunu, hətta 200 min manat pul verməyə və ya başqa torpaq verəcəyini boyun olsa da sonradan sözündən imtina etmiş, "kimə istəyirsən şikayət elə” cavabını vermişdir.
Reallıq isə odur ki, Bilgəh qəsəbəsində dəniz qırağında 30 min manata 110 sot torpaq sahəsi bələdiyyə tərəfindən Talıbovlara satılıb, yəni dövlətin büdcəsinə həmin pul keçirilib.




Xəbər lenti
-
14:38Şəmkirdə qaz idarəsinin rəisi Azərbaycan məhkəməsinə meydan oxuyur
-
14:34"Neft məhsullarının qaçaqmalçılığına görə" həbs olunan Azərbaycan vətəndaşları ölkəyə qayıdıblar
-
14:33DİN: "Özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artır"
-
14:31Əli Kərimlinin mühafizəçisinə daha iki ittiham irəli sürülüb
-
14:30Gəncənin yol polisi rəisi vəzifəsindən çıxarıldı
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
21 Yanvar 2021
19 Yanvar 2021
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
Digər xəbərlər
-
Sənəd, Manşet, Korrupsiya
Şeyxin qudası Vasif Talıbovun övladlarına dəniz kənarında 110 sot torpaq satıb
-
Sənəd, Manşet, Korrupsiya
Cahangir Əsgərovun 1-ci müavini Londonda aviasiya ilə bağlı iki şirkətin rəhbəridir
-
Sənəd, Manşet, Korrupsiya
Rövnəq Abdullayevin keçmiş müavini Bakıdakı mənzillərini etiraf edib - Bir binada 7 mənzil
-
Sənəd, Manşet, Korrupsiya
Vəkillər Kollegiyasının sədri həm də kampinq və karavanların kirayəsi ilə məşğuldur
-
Sənəd, Manşet, Korrupsiya
Növbəti korrupsiya qalmaqalı – nazir canını qurtara biləcək?
-
Sənəd, Manşet, Korrupsiya
Rövnəq Abdullayevin yeni şirkətləri üzə çıxdı
-
Sənəd, Manşet, Korrupsiya
Şeyxin oğlunun biznesi üzə çıxdı
-
Sənəd, Manşet, Korrupsiya
SOCAR-ın idarə rəisi Türkiyədəki biznesini Bakıya köçürüb
-
Sənəd, Manşet, Korrupsiya
İcra başçısının rəis oğlu Rusiyadakı biznesini ləğv edir