Şeyxin oğlunun biznesi üzə çıxdı

Şeyxin oğlunun biznesi üzə çıxdı
Загрузка...
Şeyx Allahşükür Paşazadənin oğlu PAŞAZADƏ MƏHƏMMƏD 2009-cu ilin aprelində Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyatdan keçmiş "BAQİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin 3 təsisçisindən biridir. Jurnalist Cavanşir Həsənli araşdırıb ki, şirkətin digər həmtəsisçiləri İsmayılov Adəm İsmayıl oğlu və Əliyev Afiq İlyas oğludur. 

Şirkət BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, NİZAMİ, ev 92-də hüquqi qeydiyyatdadır, fəaliyyəti haqqında ətraflı məlumat yoxdur. Məhəmməd Paşazadə həmçinin 2012-ci ilin fevralında qeydiyyatdan keçmiş "PLAST-KABEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin həmtəsisçisidir. Şirkətin digər təsisçiləri ehtiyatda olan general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev və Hüseynov Mətləb Balabəy oğludur. 

Şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, TƏLƏT ŞIXƏLİYEV, ev 14, m. 89-dur. Tamerlan Əsədullayev eyni zamanda "EUROPEAN GOODS" və "BEAUTYMED" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTlərinin də qanuni təmsilçisidir. Tamerlan Əsədullayev Şeyxülislam Hacı Allahşükür Paşazadənin bacıoğlusudur. Məhəmməd Paşazadə atasının Çexiyadakı şirkətinə (əvvəlki adı "Aynur-KV" olub, sonradan adı dəyişdirilərək "Mahammad International" adlandırılıb) qısa müddət ərzində rəhbərlik edib, lakin ötən il şirkətin ləğvi üçün müvafiq qurumlara müraciət edib. 

Xəbər lenti