Seymur Həzinin cəzası artırıldı

Seymur Həzinin cəzası artırıldı
Загрузка...
 "Məqsəd mənim 2 noyabr mitinqində iştirakımın qarşısını almaqdır”
Jurnalist, Azərbaycan Xalq Cəbrhəsi Partiyasının sədr müavini Seymur Həzinin cəza müddəti artırılıb. Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımov oktyabrın 29-da, axşam saat 6 radələrində bununla bağlı qərar çıxarıb.
Məhkəmədə bildirilib ki, Xətai Rayon Polis İdarəsinin rəisi İlqar Məmmədov Seymur Həzi haqqında 17 oktyabrda çıxarılmış 15 sutkalıq həbs qərarından şikayət verib. İdarə rəisi cəzanın sərtləşdirilməsini istəyib.
Hakim Faiq Qasımov iddianı təmin edərək jurnalistin həbsini 30 günədək artırıb. Məhkəmədə çıxış edən Seymur Həzi deyib ki, bu qərarın məqsədi onun 2 noyabr mitinqində iştirakının qarşısını almaqdı: "Hüququ bu qədər ayaq altına atmazlar. Bəlkə də məni sabah öldürəcəksiz, amma birisigün buna görə mütləq cavab verəcəksiz”.
Загрузка...
Загрузка...

Xəbər lenti