“Sevinc Abbasova təzyiq altında müəllimlərə imza atdırıb”

07 Oktyabr 2019, 14:39
07 Oktyabr
2019
14:39
675
Elinanın intihar etdiyi məktəbin direktoru barədə yeni faktlar
162 saylı tam orta məktəbin keçmiş direktoru, 13 yaşlı Elina Hacıyevanın özünü üçüncü mərtəbədən atmasından sonra onu öz kabinetində saxlayıb 84 dəqiqə təcili yardım çağırmamaqda ittiham olunan Sevinc Abbasovanın adı daha bir qalmaqalda hallanır. O, özündən öncə məktəbdə direktor vəzifəsini icra etmiş, təlim-tərbiyə məsələləri üzrə direktor müavini Məlahət Hüseynovadan Bakı Şəhər Təhsil İdarəsinə silsilə şikayətlər təşkil etməkdə, müəllimləri təzyiq altında onun əleyhinə sənədlərə imza atmağa məcbur etməkdə günahlandırılır. Məktəbin müəllimləri bu barədə izahatlar veriblər.
M.Hüseynova 2014-cü ilin noyabrından məktəbin direktor müavini olub. 2016-cı ilin fevralında məktəbə S.Abbasova direktor təyin olunana qədər müəyyən müddətdə bu vəzifəni o, icra edib. S.Abbasovanın təyinatından az sonra onların arasında narazılıq yaranıb. 23 dekabr 2016-cı ildə S.Abbasova ondan Bakı Şəhər Təhsil İdarəsinə şikayət edib. Ardınca da müəllimlərin şikayətləri gəlib. 2017-ci ilin sentyabrında Əmək Məcəlləsinin 70ç bəndi əsasında M.Hüseynova ilə əmək müqaviləsinə xitam verilib. Bakı Şəhər Təhsil İdarəsi göstərib ki, şikayətlərdən sonra əmr əsasında məktəbdə yoxlama aparılıb, müdir müavininin həm nizam-intizamında, davamiyyətində, həm də kollektivlə davranışında xoşagəlməz hallar aşkarlanıb. İdarəyə müdir müavininin işə gəlməməsi və s. barədə aktlar da təqdim olunub.
Daha sonra 2017-ci il sentyabrın 19-da M.Hüseynova ilə əmək müqaviləsinə xitam verilib.
M.Hüseynova Bakı Şəhər Təhsil İdarəsini məhkəməyə verib. Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində o, Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevanın 19.09.2017-ci il tarixli, K-615 saylı əmrinin (əmək müqaviləsinin ləğvi barədə) etibarsız hesab edilməsi, onun Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi, ayrı-seçkiliyə məruz qoyulduğuna görə maddi və mənəvi kompensasiya, həmçinin qanunsuz olaraq, işdən azad edildikdən sonra işsiz qaldığı müddət üçün ona əməkhaqqının hesablanıb ödənilməsi kimi tələblər qoyub.
Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyev onun iddiasını qismən təmin edib. Onun işə bərpası və əməkhaqqının ödənilməsi barədə qərar qəbul edən hakim YAP-dan M.Hüseynova haqqında verilən xasiyyətnamə və başqa sübutlarla yanaşı, məhkəmədə dindirilən müəllimlərin də ifadələrinə əsaslanıb.
Həmin müəllimlər Məlahət Hüseynovanın vəsatətilə məhkəməyə çağırılıb, dindirilib. Bildiriblər ki, müdir müavini peşəkar, intizamlı biri olub, kollektivlə də münasibətləri yaxşı idi. Lakin direktorla yola getməyiblər. Direktor Sevinc Abbasova onun işə davamiyyəti haqqında saxta aktlar tərtib etdirib, təzyiq altında müəllimlərə o aktlara, M.Hüseynovadan Təhsil İdarəsinə göndərilən şikayətlərə imza atdırıb.
Məhkəmədə dindirilənlərdən Zahirə Məmməd qızı Allahmanova: "1991-ci ildən 162 saylı orta məktəbdə ingilis dili müəlliməsi işləyirəm. Direktor Sevinc Abbasova ilə Hüseynova Məlahət Yarməmməd qızı arasında narazılıq vardı. Bununla əlaqədar Sevinc Abbasova müəllimləri təzyiq altında Məlahət Hüseynovadan Bakı şəhəri üzrə Təhsil İdarəsinə haqsız şikayətlər yazmağa məcbur etmişdi. Mən və bir neçə başqa müəllim etiraz edib, şikayətə imza atmadıq. Məlahət Hüseynova səmimi, peşəkar və tələbkar idi".
Telman Salman oğlu İbişov: "162 saylı orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini işləyirəm. Məlahət Hüseynovanı tələbkar, peşəkar, səmimi insan kimi tanımışam. Şagirdlərə və kollektivə həmişə qayğı ilə yanaşıb. Hazırkı direktor Sevinc Abbasova ilə Məlahət Hüseynova arasında yaranmış narazılıqla əlaqədar guya onun işə gəlməməsi barədə çoxsaylı aktlar tərtib olunub. Müəllimlər yeni direktorun təzyiqindən qorxaraq o aktları imzalayıb. Mən də təzyiq altında həmin aktların bəzilərinə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanan şikayətə imza atmışam. İndi bildirmək istəyirəm ki, o aktların və şikayətlərin məzmunu həqiqətəuyğun deyil".
Bakı Şəhər Təhsil İdarəsi Nəsimi Rayon Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli qərarından apelyasiya şikayəti verib.
Məlahət Hüseynova özü də iddiasının tam təmin olunması tələbilə şikayət verib. Bakı Apelyasiya Məhkəməsi qərarı dəyişməyib. Bakı Şəhər Təhsil İdarəsi Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə aşağı instansiyanın qərarını ləğv edib, işi yenidən araşdırılmaq üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarıb. Nəticə yenə dəyişməyib. Bakı Şəhər Təhsil İdarəsi ikinci dəfə apelyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verib. Bu ilin iyununda Ali Məhkəmədə hakim Vəfaddin İbayev bu məsələyə son nöqtəni qoyub - Bakı Apelyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xəbər lenti
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
14:29AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
23:28Əli Həsənov ailəsinə məxsus 6 şirkət ləğv olunmasını təsdiqlədi
-
12:17İlham Əliyev, Putin və Paşinyan bəyanat imzaladı - Tam mətn
-
12:14Vilyam Hacıyevin oğluna yeni vəzifə verildi
-
12:12Qobustandakı zavodda partlayış oldu, fəhlə öldü
-
15:51Putin Qarabağla bağlı növbəti addımları müzakirə etməyi təklif etdi
-
15:50İlham Əliyev və Nikol Paşinyan müharibədən sonra ilk dəfə Moskvada görüşür
-
14:02İlham Əliyev Moskvadadır
-
13:33Eldar Həsənovun həbsində hansı siyasi motivlər olub? - EKSPERTLƏR DANIŞIR
-
12:25Vilayət Eyvazovdan yeni təyinat
-
12:24Ərdoğan “WhatsApp”dan imtina etdi
-
16:30Əli Nağıyev Armen Abazyanla görüşüb
-
16:14Bakıda məşhur polis rəisinin atası həbs edildi - ŞOK CİNAYƏT
-
14:46AMEA şərəfli döyüş yolu keçən əməkdaşı, zabit Ramin Qəribovla bağlı veriliş hazırladı
-
14:34Cəbrayıl istiqamətində daha 3 erməni hərbçinin "cəsədi tapılıb"
-
14:32Ceyhun Bayramov: "Xocavənddə 62 erməni diversant saxlanılıb"
-
13:55Kürdəmir yolunda daha bir qəza: Polis maşını yararsız hala düşdü
-
13:21''''Şuşanın körpə qartalı'' adını verərək cənazəsini təhvil vermişdilər''
-
12:20Yerevanda etirazlar və “Paşinyan Azərbaycana Ermənistan ərazilərini verəcək!” narahatlığı
-
12:17Ali Məhkəmə sədri vəkillərdən kollegiyaya şikayət edib
-
12:14İsa Həbibbəyli vəzifəsindən azad olundu
-
16:17Xankəndi uğrunda şəhid olan Kəmaləddin - “DEDİ 3 DOSTUM GÖZÜMÜN QABAĞINDA ŞƏHİD OLDU, QİSAS ALACAĞAM...”
-
16:12Xəzəri zəbt edən milyonçuların hasarlarını SÖKÜRLƏR
-
15:59Şəhid Milli Qəhrəmanın oğluna YAŞAT Fondunda vəzifə verildi
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
13 Yanvar 2021
12 Yanvar 2021
11 Yanvar 2021
09 Yanvar 2021
08 Yanvar 2021
Digər xəbərlər
-
Manşet, Məhkəmə
Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
Məhkəmə
AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
Məhkəmə
Ali Məhkəmə sədri vəkillərdən kollegiyaya şikayət edib
-
Məhkəmə
Ali Məhkəmənin hakimi koronavirusdan vəfat edib
-
Məhkəmə
Məhkəmə Əli Kərimlinin işgəncə şikayətini araşdırmadı
-
Manşet, Məhkəmə
Ali Məhkəmə Zamirə Hacıyevanın şikayətlərini rədd edib
-
Manşet, Foto, Məhkəmə
Azərbaycanlılara işgəncə verən erməni haqda həbs qərarı verildi
-
Manşet, Məhkəmə
Kamil Zeynallı vaxtından əvvəl azadlığa çıxdı
-
Manşet, Məhkəmə
Kamil Kamil Zeynallı həbs edildi