Sevinc Abbasova ilə mübarizə aparan müəllimə Mübariz Qurbanlının qohumu imiş

08 Oktyabr 2019, 20:15
08 Oktyabr
2019
20:15
829
Məhkəmə qərar verərkən istinad etdiyi sübutlardan biri də YAP-ın verdiyi müsbət xasiyyətnamə olub
13 yaşlı Elina Hacıyevanın intiharına görə cinayət məsuliyyətinə cəlb olunmuş 162 saylı orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın məktəbdən uzaqlaşdırdığı Məlahət Hüseynova barədə Meydan TV-yə yeni məlumat daxil olub. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, 20 ilə yaxın deputat olmuş Mübariz Qurbanlının baldızıdır. Özü də məhkəmədə 162 saylı məktəbdə ilk partiya təşkilatının (YAP) katibi olmasını vurğulayıb.
M.Hüseynova məktəbin təlim-tərbiyə məsələləri üzrə müdir müavini olub və S.Abbasovanın 2016-cı ilin fevralında təyinatına qədər bir müddət direktor vəzifəsini icra edib.
Sonradan onların arasında kəskin fikir ayrılıqları olub və nəticədə S.Abbasova direktor təyin olunandan 9 ay sonra müavinindən Bakı Şəhər Təhsil İdarəsinə şikayət edib. Ardınca da idarəyə müəllimlərin M.Hüseynovadan şikayətləri göndərilib. 2017-ci ilin sentyabrında o, işdən çıxarılıb. Oktyabrda M.Hüseynova işdən çıxarılmasıyla əlaqədar məhkəmədə iddia qaldırıb. Onun vəsatəti əsasında məhkəmədə dindirilən müəllimlər etiraf ediblər ki, S.Abbasova müdir müavininin işə gəlməməsi və s. nöqsanlar barədə saxta aktlar tərtib etdirib, təzyiq altında müəllimlər də həmin aktları, Bakı Təhsil İdarəsinə şikayətləri imzalamağa məcbur olub.
M.Hüseynova özü çıxışında YAP-çı olmasını bir neçə dəfə vurğulayıb.
Əmək fəaliyyətinə musiqi və nəğmə müəllimi kimi başlayan M.Hüseynova sonradan pedaqoji instituta daxil olub, fəaliyyətini riyaziyyat və nəğmə müəllimi kimi davam etdirib. 2001-2006-cı illərdə Binəqədi rayonu 298 saylı, 2006-2011-ci illərdə isə 30 saylı orta məktəblərin direktoru olub. 2011-2014-cü illərdə 190 saylı orta məktəbdə riyaziyyat müəllimi işləyib. 2014-cü ilin noyabrından 2016-cı ilin 1 fevralına qədər 162 saylı orta məktəbin təlim-tərbiyə məsələləri üzrə müdir müavini olmaqla, eyni zamanda, direktor vəzifəsini də icra edib.
O vurğulayır ki, YAP yeni yarandığı vaxtdan - 1993-cü ilin martından bu partiyanın üzvüdür. 162 saylı orta məktəbdə də ilk partiya təşkilatının katibidir: "Məktəbdə çalışan YAP üzvləri mənim ilk partiya təşkilatına rəhbərlik etməyimə bu gün də etimad göstərirlər".
Məhkəmə M.Hüseynovanın iddiasını qismən təmin edib, onun işə bərpası və buraxılmış müddətə görə əməkhaqqı ödənilməsinə qərar verərkən istinad etdiyi sübutlardan biri də YAP-ın Səbail rayon təşkilatının onun haqqında verdiyi müsbət xasiyyətnamə olub.
Bakı Təhsil İdarəsi M.Hüseynovanın xeyrinə çıxarılmış qərardan yuxarı instansiya məhkəmələrinə şikayət versə də, dəyişiklik olmayıb.
E.Hacıyeva bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, iki gün sonra orada vəfat edib.
Hadisədən sonra Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bir müddət sonra məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Cinayət Məcəlləsinin 125-ci maddəsilə ittihama isə xitam verilib.
Elinanın ailəsi direktorun həbsini tələb edir. Bildirirlər ki, o, vaxtında həkim çağrılmasına imkan verməyib: "Əgər vaxtında tibbi yardım göstərilsəydi, bəlkə də Elina bu gün yaşayırdı...”
Xəbər lenti
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
14:29AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
23:28Əli Həsənov ailəsinə məxsus 6 şirkət ləğv olunmasını təsdiqlədi
-
12:17İlham Əliyev, Putin və Paşinyan bəyanat imzaladı - Tam mətn
-
12:14Vilyam Hacıyevin oğluna yeni vəzifə verildi
-
12:12Qobustandakı zavodda partlayış oldu, fəhlə öldü
-
15:51Putin Qarabağla bağlı növbəti addımları müzakirə etməyi təklif etdi
-
15:50İlham Əliyev və Nikol Paşinyan müharibədən sonra ilk dəfə Moskvada görüşür
-
14:02İlham Əliyev Moskvadadır
-
13:33Eldar Həsənovun həbsində hansı siyasi motivlər olub? - EKSPERTLƏR DANIŞIR
-
12:25Vilayət Eyvazovdan yeni təyinat
-
12:24Ərdoğan “WhatsApp”dan imtina etdi
-
16:30Əli Nağıyev Armen Abazyanla görüşüb
-
16:14Bakıda məşhur polis rəisinin atası həbs edildi - ŞOK CİNAYƏT
-
14:46AMEA şərəfli döyüş yolu keçən əməkdaşı, zabit Ramin Qəribovla bağlı veriliş hazırladı
-
14:34Cəbrayıl istiqamətində daha 3 erməni hərbçinin "cəsədi tapılıb"
-
14:32Ceyhun Bayramov: "Xocavənddə 62 erməni diversant saxlanılıb"
-
13:55Kürdəmir yolunda daha bir qəza: Polis maşını yararsız hala düşdü
-
13:21''''Şuşanın körpə qartalı'' adını verərək cənazəsini təhvil vermişdilər''
-
12:20Yerevanda etirazlar və “Paşinyan Azərbaycana Ermənistan ərazilərini verəcək!” narahatlığı
-
12:17Ali Məhkəmə sədri vəkillərdən kollegiyaya şikayət edib
-
12:14İsa Həbibbəyli vəzifəsindən azad olundu
-
16:17Xankəndi uğrunda şəhid olan Kəmaləddin - “DEDİ 3 DOSTUM GÖZÜMÜN QABAĞINDA ŞƏHİD OLDU, QİSAS ALACAĞAM...”
-
16:12Xəzəri zəbt edən milyonçuların hasarlarını SÖKÜRLƏR
-
15:59Şəhid Milli Qəhrəmanın oğluna YAŞAT Fondunda vəzifə verildi
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
13 Yanvar 2021
12 Yanvar 2021
11 Yanvar 2021
09 Yanvar 2021
08 Yanvar 2021
Digər xəbərlər
-
Manşet, Məhkəmə
Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
Məhkəmə
AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
Məhkəmə
Ali Məhkəmə sədri vəkillərdən kollegiyaya şikayət edib
-
Məhkəmə
Ali Məhkəmənin hakimi koronavirusdan vəfat edib
-
Məhkəmə
Məhkəmə Əli Kərimlinin işgəncə şikayətini araşdırmadı
-
Manşet, Məhkəmə
Ali Məhkəmə Zamirə Hacıyevanın şikayətlərini rədd edib
-
Manşet, Foto, Məhkəmə
Azərbaycanlılara işgəncə verən erməni haqda həbs qərarı verildi
-
Manşet, Məhkəmə
Kamil Zeynallı vaxtından əvvəl azadlığa çıxdı
-
Manşet, Məhkəmə
Kamil Kamil Zeynallı həbs edildi