Bakıda bank işçisi 20 min borcu övladına buraxib intihar etdi - TƏFƏRRÜAT

Bakıda bank işçisi 20 min borcu övladına buraxib intihar etdi - TƏFƏRRÜAT
Загрузка...

Sentyabrın 15-də Binəqədi rayonunda baş vermiş intiharın bəzi təfərrüatları məlum olub. Lent.az-ın məlumatına görə, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində fərdi yaşayış evinin həyətində özünü asan, 1977-ci il təvəllüdlü Seyidov Samir Tahir oğlu bank əməkdaşı olub.

Qohumları bildirirlər ki, S.Seyidov Sumqayıtda yerləşən bank filialında inkassasiya şöbəsində çalışırmış. 3 uşaq atası olan 38 yaşlı Samirin 20 min manata yaxın borcu varmış və bir neçə gün əvvəl bank sistemində aparılan ixtisarla əlaqədar işdən çıxarılıb. Bundan sonra o, depressiyaya düşüb və ailəsinə məktub yazaraq intihar edib.

S.Seyidov məktubunda yaxınlarından övladlarına yaxşı baxmalarını xahiş edib və onu bu həyatda axtarmamalarını qeyd edib.

Qeyd edək ki, S.Seyidovun 3-cü övladı 2 həftə əvvəl dünyaya gəlibmiş.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Criminal.az
Загрузка...
Загрузка...

Xəbər lenti