"Səs-küylü "dərman işi"nə görə məhkum edilmiş gömrük generalının oğlu İngiltərədə şirkət təsis edib

08 Sentyabr 2020, 10:20
08 Sentyabr
2020
10:20
1187
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin keçmiş rəisi, 2018-ci ildə səs-küylü "dərman işi" ilə bağlı istintaqa cəlb edilmiş gömrük xidməti general-mayoru Fikrət Qədiməliyevin oğlu da İngiltərədə bir neçə şirkət təsis edib. Müstəqil jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, generalın oğlanları onun yolunu davam etdirirlər, hər ikisi ixtisasca uroloqdur. Böyük oğlu Fərid Qədiməliyev Gömrük Hospitalının urologiya bölməsinin rəisidir.

Kiçik oğlu - 1987-ci il təvəllüdlü Emil Qədiməliyev də uroloqdur, İngiltərə vətəndaşıdır.
Emil Qədiməliyev bu il iyulun 15-də Londonda Britaniya vətəndaşı Rina Patellə 3BEAM LTD şirkətini təsis edib. Şirkət tibb sahəsində fəaliyyət lisenziyası əldə edib.
Emil Qədiməliyev ötən ilin ilin avqustunda həmin şəxslə daha bir tibbi şirkəti - APEG IMAGING (UK) LTD-ni qeydiyyatdan keçirib.
Ötən ilin avqustunda isə gömrük xidməti general-mayorunun oğlu Londonda 2014-cü ildən fəaliyyətdə olan ACUITUS CONSULTING LTD maliyyə şirkətinin səhmdarları sırasına qatılaraq Direktorlar Şurasına qəbul olunub.

Ötən ilin yanvarında o həmçinin TDP LIMITED,nin direktorlarının biri olub.
Emil Qədiməliyevin digər otaqları ilə qurduğu daha bir şirkət - CORNER SQUARE LIMITED 2018-ci il dekabrın 13-də Britaniya Şirkətlər Evində qeydiyyata alınıb.
Ötən ilin fevralın 4-də şirkət London Haddon 4 ünvanında fəaliyyət göstərən AUBAINE restoranını icarə götürüb.
Emil Qədiməliyevin 2018-ci ilin dekabrında qeydiyyatdan keçirdiyi GLOBAL HEALTH PARTNERS LTD isə ötən ilin oktyabrında ləğv edilib.
O, 2018-ci ilin noyabrında təsis etdiyi ALLIANCE EQUITY PARTNERS LTD adlı şirkətin də sahibidir, 2018-ci ilin dekabrında qeydiyyatdan keçmiş TOTAL NIGHT LIMITED-nin 4 təsisçisindən biri olub.
TOTAL NIGHT LIMITED SIC (biznes növü) təsnifatı üzrə 56302 saylı fəaliyyət hüququ əldə edib. Bu təsnifat üzrə şirkətə publik evlər və barlar (Public houses and bars) işlətmək hüququ verilir. Bu ilin yanvarında o həmin şirkətin direktoru vəzifəsini tərk edib.

Emil Qədiməliyevin adı 2015-2018-ci illərdə ACUITUS MEDICAL LTD şirkətinin direktorları sırasında keçib. Şəxsi Linkedin hesabında yer alan məlumatlara görə isə Emil Qədiməliyev həm də V-NOVA LIMITED-in ( kompüter proqramları təminatı) Londonun Mayfair, Piccadilly 46 ünvanındakı WASHI zərgərlik dükanının investorlarındandır.
2018-ci ilin aprelin sonunda Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstənin ifşa olunması barədə məlumat yayılmışdı. Həmin iş üzrə gömrük general-mayoru Fikrət Qədiməliyev və daha bir neçə şəxs vəzifəsindən azad edilərək cinayət məsuliyyətinə cəlb olunmuşdu. İş üzrə təqsirləndirilənlər ötən ilin martında məhkəmə zalından azadlığa buraxılıblar.
Fikrət Qədiməliyev ötən ilin oktyabrında "MedEra Hospital”ınTibbi direktoru təyin edilib.






















Xəbər lenti
-
19:16Mübariz Mənsimov: "Satqınları və xəyanətkarları Allaha tapşırıram"
-
19:36Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
17:34Həbs edilən qazi azadlığa buraxıldı
-
17:33Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
16:39Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
16:34Ramiz Mehdiyev qurultaydan danışdı
-
16:29Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
14:32Mübariz Mənsimov azadlıqda!
-
12:53Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
06 Mart 2021
05 Mart 2021
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
Digər xəbərlər
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Nazir müavini xanım məmurla Çexiyada şirkət işlədir
-
Sənəd, Manşet, Foto, Korrupsiya
23 il baş nazirin müavini olan Abid Şərifov nəvəsinə Şəkidə istirahət kompleksi tikdirib
-
Sənəd, Manşet, Foto, Korrupsiya
PALMA ADALARI VƏ 300 HEKTARLIQ ŞUŞA (Sənədlərin izi ilə)
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Sabiq nazirin gömrükçü oğlunun İsveçrədə də şirkəti varmış
-
Sənəd, Manşet, Foto, Korrupsiya
"Səs-küylü "dərman işi"nə görə məhkum edilmiş gömrük generalının oğlu İngiltərədə şirkət təsis edib
-
Sənəd, Manşet, Foto, Korrupsiya
SOS!!! KARANTİN PULLARI LONDONA GEDİR
-
Sənəd, Manşet, Foto, Korrupsiya
AKİM BƏDƏLOVUN "QARA QUTU"SU
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Keçmiş deputatın "Qaçqınkom"da MÜDHİŞ TENDER ƏMƏLİYYATI
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Deputat oğlu Londonda 1.300.000 manata ev alıb