“Sərhədsiz Reportyorlar” jurnalist Təzəxan Mirələmli barədə məhkəmə qərarının ləğvinə çağırıblar

“Sərhədsiz Reportyorlar” jurnalist Təzəxan Mirələmli barədə məhkəmə qərarının ləğvinə çağırıblar
Загрузка...
 "O, jurnalistlərə qarşı işləri saxtalaşdırmaq təcrübəsinin son qurbanıdır”
"Sərhədsiz reportyorlar” Azərbaycan hakimiyyətini müxalif reportyor Təzəxan Mirələmli çıxarılmış hökmü ləğv etməyə çağırıb. "Turan” İnformasiya Agentliyinin məlumatına görə, təşkilat Təzəxan Mirələmlini hakimiyyətin onları tənqid edən jurnalistlərə qarşı işləri saxtalaşdırmaq təcrübəsinin son qurbanı kimi təqdim edib. "Yeganə müxalif qəzet olan "Azadlıq”da işləyən Mirələmli iyunun 19-da Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə "xuliqanlıq” ittihamı ilə həbs edilib. Bu, hökumətin tənqidçilərinin təqibinə qanunilik görüntüsü vermək cəhdidir. Azərbaycan hakimiyyəti illərdir, 2001-ci ildə Avropa Şurasına daxil olduğu andan bəri bununla məşğul olur”, - təşkilatın bəyanatında bildirilir.
Mirələmli Bakı məhkəməsi tərəfindən 26 fevral mübahisəsində özünü bloger kimi təqdim edən Ata Abdullayevi döydüyünə görə bir il ərzində elektron qolbaq taxmaq və hər gecə saat 11-dən səhər saat 7-yə qədər evdə olmaq cəzasına məhkum edilib.
"Həbslərə, fiziki hücumlara və ailə üzvlərinin həbsinə gəlincə, hakimiyyət 8 ildir Təzəxan Mirələmlini reportajlarına və siyasi baxışlarına görə təqib edir. Bu səbəblərdən Azərbaycanın məhkəmə sistemindən bu ittihamları ləğv etməyi xahiş edirik. Biz həmçinin Avropa Şurasının insan hüquqları üzrə Komissarı Dunya Miyatoviçi və AŞ-ın Nazirlər Komitəsini saxta ittihamlardan istifadəni pisləməyə və Azərbaycanı Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirməyə səsləməyə çağırırıq”, - RSF-nin Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin müdiri Janna Kavelye bildirib.

Xəbər lenti