Sərdar Həmidovun evinə qumbara atılıb? – MÜƏMMA

02 Fevral 2021, 12:57
02 Fevral
2021
12:57
2820
Tərtər rayon icra hakimiyyətinin sabiq başçısı, əfsanəvi komandir Sərdar Həmidovun adıçəkilən rayondakı mülkündən qumbara tapılıb.
Gununsesi.info bildirir ki, bu barədə mərhum başçının oğlu Şəhriyar Məcizadə bildirib.
Onun sosial şəbəkə hesabında bu barədə yazdıqlarını təqdim edirik: Kimsə Tərtərdəki evimizin tövləsinə qumbara atıb.
Tərtərdəki ailə üzvlərimin bildirdiklərinə görə tövlə iki-üç gün bundan əvvəl təmizlənmişdi. Amma bugün tövlədə paslanmış qumbara aşkar olunub.
Dərhal DİN 102 xidmətinə məlumat veriblər. Bundan sonra Tərtər rayonu Polis İdarəsinin əməkdaşları gəlib yerə baxış keçirib, şəkilləri çəkiblər.
Amma qumbaraya toxunmayıblar və bildiriblər ki, ANAMA gəlməlidir. Təxminən bir saat sonra ANAMA-nın əməkdaşları gəliblər və çəkilişlə paslanmış qumbaranı götürüblər. Söz veriblər ki, gəlib bütün həyəti axtaracaqlar. Əvvəlcə aidiyyatı qurumlara göstərdiyi operativliyə görə təşəkkür edirəm.
İndi keçək məsələnin digər tərəfinə. Mən bu hadisənin kiminsə tərəfindən planlaşdırılmış şəkildə həyata keçirildiyi qənaətindəyəm. Bunun bir neçə səbəbi olar:
1. Kimsə Sərdar Həmidovun ailə üzvlərinə qarşı terror həyata keçirmək istəyib. Nəzərə alsaq ki, mənim az yaşlı bacım oğlu orda yaşayır və o qumbaranı tapdığı halda bilmədən partlayış baş verə bilərdi və həyatını itirə bilərdi. O zaman ortaya başqa bir mənzərə çıxır. Deməli kimsə aylar əvvəl hüquq mühafizə orqanlarına ailə üzvlərimin təhlükəsizliyinin təmin olunması müraciətinin ictimaiyyət qarşısında bu cürə "cavab”landırılığını göstərmək istəyir.
1. Kimsə Sərdar Həmidovun ailə üzvlərinə qarşı terror həyata keçirmək istəyib. Nəzərə alsaq ki, mənim az yaşlı bacım oğlu orda yaşayır və o qumbaranı tapdığı halda bilmədən partlayış baş verə bilərdi və həyatını itirə bilərdi. O zaman ortaya başqa bir mənzərə çıxır. Deməli kimsə aylar əvvəl hüquq mühafizə orqanlarına ailə üzvlərimin təhlükəsizliyinin təmin olunması müraciətinin ictimaiyyət qarşısında bu cürə "cavab”landırılığını göstərmək istəyir.
2. Bizi Tərtərdən qorxudub çıxarmaq istəyənlər ola bilər. Buda başqa cür bir təxribatdır.
Çünki mən dəfələrlə hüquq mühafizə orqanlarına, dövlət başçısına məhz ailə üzvlərimin təhlükəsizliyi ilə bağlı müraciət etmişəm. Xatırlayırsınızsa ötən ilin yay aylarında bizim evin ərazisinə qanunsuz girən adamların fotolarını yayınlamışdım və məsələni ictimailəşdirmişdim.
Deməli burda da dövlət və hökümətə qarşı təxribat izi var.
3. Kimsə bizi şərləmək istəyir. Və bunun üçün zəmin hazırlayıb amma məsələnin üstü vaxtında açılıb. Bütün hallarda mənim bu addımın kimlər tərəfindən hazırlana biləcəyini, kimlər tərəfindən icra edilə biləcəyi ilə bağlı təxminlərim var.
Amma mən bunu kimisə ədalətsiz yerə ittiham etmək, məsələ araşdırılmadan qərəzli görünmək niyyətində olmadığım üçün deməyəcəm. Məsələni araşdırmalı olan hüquq mühafizə orqanlarıdır. Və məndə onların rəsmi mövqeyini gözləyəcəm. Azərbaycan dövlətinin bu cinayət aktını törədən şəxsləri qısa zamanda tapa bilməsi üçün əlində bütün texniki imkanları var.
Burdan Azərbaycan Respublikası Hüquq mühafizə orqanlarına müraciət edirəm ki, məsələni tam və obyektiv şəkildə araşdırsınlar. 11 yaşında bacım oğluda daxil olmaqla ailə üzvlərimin yaşadığı Tərtər rayonundakı evimizə bu qumbaranı qoyanlar, qoyduranlar tapılıb qanun qarşısına çıxarılsın.
Azərbaycan Prezidenti Cənab Ali Baş Komandan İlham Əliyevədə müraciət edirəm ki, bizim ailəmizin təhlükəsizlik məsələsini şəxsi nəzarətinə götürsün.
Qeyd edək ki, Sərdar Həmidov sabiq Daxili işlər naziri İsgəndər Həmidovun qardaşıdır.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Video, Dosye
MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
Manşet, Dosye
Eldar Mahmudovla Nizami Şirinovun mətbəəsində ölüm - “İNDİGO” HƏLƏ DƏ MTN GENERALLARINA XİDMƏT EDİR…
-
Manşet, Dosye
Vağzalda dəhşətli terroru təşkil edən İŞİD-çinin arvadı Ülkər Məmmədova təslim oldu - VƏ TERROR QRUPLAŞMASININ SİRLƏRİNİ AÇDI...
-
Manşet, Foto, Dosye
Milyarderi öldürməyə göndərilən killer Orxan Əsədova silah verən Tural Əliyev tutuldu
-
Dosye
Azərbaycanlı killerin planlarını “Mossad” aşkarladı
-
Manşet, Foto, Cinayət, Dosye
Kiprə göndərilən azərbaycanlı killerin işi: daha bir silah tapıldı - “BU CİDDİ HADİSƏDİR, SÜBUTLAR TOPLANIB, BİZ SONA YAXINLAŞIRIQ...”
-
Manşet, Cinayət, Dosye
Xanlar Vəliyev mövqeyini niyə dəyişdi? - BİR ZAMANLAR "TƏRTƏR İŞİ"Nİ "NAĞIL" ADLANDIRMIŞDI
-
Manşet, Dosye
“Müstəntiq bacımın telefonuna gizli izləmə proqramı yazıb”
-
Manşet, Cinayət, Dosye
Abdulla Abdullayev, Rövşən Əhmədov və digərləri “Bayraktar”ın sirlərini ələ keçirmək istəyirdilər? - TÜRKİYƏDƏ HƏBS OLUNAN 6 NƏFƏRLƏ BAĞLI MÜƏMMA