Qurban Məmmədovun bacısı oğlu məhkəmə zalında həbs edildi - Polad Aslanovun işində əsas şahid idi

Qurban Məmmədovun bacısı oğlu məhkəmə zalında həbs edildi - Polad Aslanovun işində əsas şahid idi
Загрузка...
BakuNews.az-ın təsisçisi Mirkənan Seyidov məhkəmə zalında həbs edildi. Criminal.az xəbər verir ki, dövlətə xəyanətdə suçlanaraq həbs olunan "xeberman.com" saytının baş redaktoru Polad Aslanovun işində əsas şahidlərdən biri "BakuNews.az" saytının təsisçisi Mirkənan Seyidovdur. Onun özünü də avqustun 6-da məhkəmə zalından həbs ediblər. M.Seyidov saytın əməkdaşı Cəlal Məmmədovla birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunurdu. Onlar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə təqsirləndirilirdi.
İttihama görə, M.Seyidov və C.Məmmədov paytaxtdakı bir sıra kafe və masaj salonlarını idarə edən Mehman Həsənovu onu birabır edəcək məlumatlar yaymaqla hədələyib, pul alıblar. İttihamda bildirilir ki, onlar M.Həsənovdan üç dəfə 400 manat pul alıblar. Növbəti dəfə 1000 manat tələb edəndə isə M.Həsənov polisə şikayət edib. Məhkəmənin hökmüylə M.Seyidova 4 il 11 ay 28 gün, C.Məmmədova 5 il 3 ay həbs cəzası verilib.
M.Seyidov və C.Məmmədov son sözündə özlərini təqsirli bilmədiklərini, ittihamda yazılanlarla razılaşmadıqlarını bildiriblər. Məhkəmədən də bəraət hökmü çıxarılmasını xahiş ediblər. Bu iş üzrə zərərçəkmiş qismində tanınan Mehman Həsənov özü də bir müddət əvvəl əxlaqsızlıq yuvası saxlama ittihamıyla həbs olunub. M.Seyidovun Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun bacısı oğlu olduğu bildirilir.
P.Aslanovun həyat yoldaşı Gülmirə Aslanovanın bildirdiyinə görə, M.Seyidov öncə ərini Dövlət Təhlükəsizliyi Xidmətilə əməkdaşlığa cəlb etməyə çalışıb, bu qurumla bağlı tənqidi yazıları dayandırmasını istəyib. Lakin P.Aslanov imtina edib. G.Aslanovanın sözlərinə görə, daha sonra o, P.Aslanovun əleyhinə ifadə verib.
M.Seyidov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, yeni zamanda mühacirətdə olan hüquqşünas Qurban Məmmədovun bacısı oğludur. 
Загрузка...
Загрузка...

Xəbər lenti