Sensasion iddia: "Polis qız zorlanan evə kamera qoyub"

Sensasion iddia:
Neftçala rayonunda 16 yaşlı qızın cinsi istismara məruz qalması işində sensasion iddia irəli sürülüb.  Bələdiyyə üzvü Vəfa Nağı sosial şəbəkədə baş verən hadisədə polisi də cinayətdə əlbir hesab edib: "Mənə göndərilən məlumata görə Neftçala rayon Mürsəqulu kəndində növbəti dəhşətli hadisə baş verir. 16 yaşlı, əqli zəifliyi olan uşaq üç ildir cinsi istismara məruz qalıb. Məlumatda bu da deyilir ki, uşağın istismar olunmasına şərait ana yaradıb. Kənd sakinlərinin dediyinə görə məsələdən Neftçala rayon polis şöbəsi xəbərdardır. Hətta polis uşaq və ana ilə birgə işləyir və evə kamera quraşdırıb. Bura gələn kənd sakinlərinin adları siyahıya alınır və polis onlardan 3000 manatdan başlamaqla pul alır. Deyilənə görə indiyə qədər 27-30 nəfər kənd sakinindən pul alınıb və buraxılıb. Ortada 3 ildir istismarına şərait yaradılan bir uşaq var. Hətta məsələnin başında Elvin adlı polis dayanır və uşağı istismar olunmasında iştirak edir. Elvin adlı rayon polisi bu məsələni. Xolqarabucaq kəndinin Mürsəqulu İnzibati Dairəsi üzrə nümayəndəsi G. Əsgərov ilə reallaşdırır". 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavabında bildirib ki, Neftçala rayon Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan qızla bağlı sosial şəbəkələrdə yayılan iddialardan məlumatlıyıq. Bu barədə ötən həftənin əvvəlində Neftçala Rayon Polis Şöbəsinə daxil olan məlumat üzrə dərhal araşdırmalar başlayıb, ekspertiza təyin edilib.
Ekspertizanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülüməsi təmin ediləcəkdir. Həmin şəxslə bağlı rayon hüquq-mühafizə orqanları və icra halkimiyyəti tərəfindən bütün zəruri tədbirlər davam etdirilir. Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar isə cəfəngiyyatdır, həqiqəti əks etdirmir. Hər bir vətəndaşın həyat və sağlamlığı, hüquqları bizim üçün önəmlidir. Bu müzakirə olunmayan gerçəklikdir.

Xəbər lenti