“Sən çar deyilsən, kral, tiran, fürer deyilsən, insanlar səni seçib”

“Sən çar deyilsən, kral, tiran, fürer deyilsən, insanlar səni seçib”
 "İnsanlara "qiyaməti unudun, dünyanın sonunu fikirləşməyin” deyirlər. Əsl qiyamət budur. Rusiya belə davam etsə, bu, bizim kimi insanlar üçün dünyanın sonu gəlib deməkdir. Onlarla mədəniyyət arasındakı sərhəd bizik”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata açıqlamasında deyib.
O qeyd edib ki, sıravi rusiyalılara bir şey demir: "Rəhbərlərinə etiraz edə bilmirlər. İnsanlar mənə etiraz edirlər. Bir şeydən məmnun olmayanda qapıma gəlib aksiya keçirirlər. Bu, çox normaldır. Çünki onlar məni seçdi. Mən onlar üçün əlçatan olmalıyam. Sən çar deyilsən, sən kral deyilsən, insanlar səni seçib. Sən ölkəni təmsil edirsən. Sən bir tiran deyilsən, fürer deyilsən. Sən idarəçisən, idarə etmək üçün oradasan”.

Xəbər lenti