Şəmkirli Laçın Məmmədovun qətli: killer Varşavadan gəlib...

05 Avqust 2021, 18:51
05 Avqust
2021
18:51
2645
İki gün əvvəl, avqustun 3-də, Ukraynanın Odessa şəhərində azərbaycanlı kiçik sahibkar, 25 yaşlı Laçın Məmmədov yaşadığı binanın həyətində tapança-pulemyotdan açılan çoxsaylı atəşlər nəticəsində öldürülüb. Killer hadisə yerindən qaçıb və onun ötən ilin avqustunda Antalyada güllələnən, "Lotu Quli” ləqəbli məşhur azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun qruplaşmasına mənsub olduğu bildirilir.
Ukrayna KİV-ləri həmin səs-küylü qətlin videomüşahidə kameraları tərəfindən qeydə alınmış görüntülərini yayıb. Orada aydın görünür ki, killer marşal Malinovski küçəsindəki çoxmərtəbəli binalardan birinin həyətində, avtomobillərin arasında mövqe tutub. L.Məmmədov telefonla danışa-danışa binanın həyətinə daxil olur və bloka girmək istəyərkən güllə yağışına tutulur.
Qaçmaq istəsə də killer yaxın məsafədən ona daha bir neçə atəş açaraq hadisə yerindən uzaqlaşır.
Qətlə yetirilən Laçın Məmmədovun Şəmkir rayonunun İrmaşlı kəndinin sakini olduğu bildirilir. Onun fəaliyyəti təkcə kiçik sahibkarlıq, yəni alverdən ibarət olmayıb.
Ukrayna Milli Polisinin bildirdiyinə görə, L.Məmmədov 2020-2021-ci illərdə Odessa vilayətinin ərazisində reketliklə (hədə-qorxu yolu ilə pul toplamaqla) və soyğunçuluqla məşğul olub. 1971-ci il təvəllüdlü Hüseynov Eldar Abduləhməd oğlu və 1975-ci il təvəllüdlü Amil Şamil oğlu Masedov da onunla əlbir olublar.
Ötən gün avqustun 4-də Odessa vilayət prokuroru Sergey Kostenko və Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə Baş polis idarəsinin rəisi Oleq Bex bu qətllə bağlı brifinq keçiriblər.

Brifinqdə açıqlanıb ki, qətli törədən killerlə əlbir olan bir nəfər saxlanılıb. Və killerin şəxsiyyəti müəyyən olunub. Bu, 28 yaşlı Gürcüstan vətəndaşı Elmuraz Məmmədovdur. Hüquq-mühafizə orqanlarının məlumatına görə, killer qətldən bir həftə əvvəl Varşavadan Odessaya gəlib. O, cinayət ortağı ilə birlikdə Laçın Məmmədovun yaşadığı binanın yaxınlığında mənzil kirayələyib, Avropa tranzit nömrəsi ilə "Mercedes” avtomobili alıb və qətldən sonra həmin avtomobillə hadisə yerini tərk edib, daha sonra avtomobili Filatov küçəsində atıb.

Killerlə əlbir olan şəxsi ötən gün Kiyevin Borispol aeroportunda saxlayıblar, həmin adam killerin qaldığı mənzilin kirayəsini ödəyib.
Bildirilir ki, iki həftə əvvəl Laçın Məmmədov arvadına hədələndiyini deyibmiş. Ona beş güllə dəyib və təcili yardım maşınında xəstəxanaya aparılarkən qan itirmədən yolda keçinib. Hüquq-mühafizə orqanları qətlin sifarişçisini müəyyənləşdirməyə çalışır. Bəzi məlumatlara görə L.Məmmədovu qətlə yetirənlər hazırda Odessa istintaq təcridxanasında saxlanılan kriminal avtoritet Sadik Mirzəyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrupunun üzvləridir.
İddia olunur ki, S.Mirzəyev ötən il Antalyada qətlə yetirilən "Lotu Quli” kimi tanınan azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun Odessa şəhəri üzrə dəstəsinin rəhbəridir.
L.Məmmədovun yaşadığı binanın sakinləri deyirlər ki, o, iki ildir həmin binada kirayə yaşayırdı-arvadı və iki azyaşlı uşağı ilə birlikdə. Sakinlərin dediyinə görə, heç kimlə münaqişə etmirdi və sakit adam təsiri bağışlayırdı. Amma sakinlər onun kriminal qruplaşmaya mənsub olduğunu da eşidiblər.






Xəbər lenti
-
20:04Qardaş bacısının 40 mərasimi günü özünü öldürdü
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
29 İyul 2022
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Video, Cinayət
İran Kiprdə israilli biznesmeni öldürmək üçün azərbaycanlı killer göndərdi - SENSASİON TƏFƏRRÜATLAR
-
Manşet, Foto, Video, Cinayət
Azərbaycanda qadının başçılıq etdiyi narkomafiya ifşa olundu - NARKOTİKLƏRİ İNTERNET ÜZƏRİNDƏN SATIBLAR, PULLARI KRİPTOVALYUTA İLƏ ÖLKƏDƏN ÇIXARIBLAR...
-
Manşet, Foto, Video, Cinayət
Şəmkirli Laçın Məmmədovun qətli: killer Varşavadan gəlib...
-
Manşet, Foto, Video, Cinayət
Böyük cinayətə adı qarışan Zeynəb Xanlarovanın bacısı oğlu gizlincə azadlığa buraxıldı
-
Manşet, Foto, Video, Cinayət
Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
Manşet, Foto, Video, Cinayət
Jurnalistlərə "işverən" deyən "Fairmont Baku" "qəhrəmanı" da saxlanıldı
-
Manşet, Foto, Video, Cinayət
"Maska" əməliyyatında tutulan şəxs məşhur apteklər şəbəkəsinin baş direktorunun əridir
-
Manşet, Foto, Video, Cinayət
Bakıda məhkəmə sədrinin nəvəsini evindən oğurladılar - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
-
Manşet, Foto, Video, Cinayət
Bakıda məmurun mənzilində iki qadın qətlə yetirildi