Səməd Qurbanovun əmisi məhkəməyə verildi

Səməd Qurbanovun əmisi məhkəməyə verildi
Загрузка...
İş adamı Quliyev Tahir Mürşüd oğlu tanınmış biznesimendən borcunu ala bilmədiyi üçün məhkəməyə üz tutub. Criminal.az xəbər verir ki, T.Quliyev "İsgəndər ASA HOLDİNQ ŞİRKƏTLƏR QRUPU” Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti Qurbanov Asəf Səməd oğlundan Bakı Kommersiya Məhkəməsinə şikayət edib. İşin icraatı hakim Zeynəb Axundovanın sədrliyi ilə aparılacaq.
Qeyd edək ki, Asəf Qurbanov prezident İlham Əliyevin kürəkəni Səməd Qurbanovun əmisidir və əsasən Rusiya iş adamı kimi tanınıb. 2017-ci ildə isə biznesini Bakıya köçürərək adıçəkilən holdinqi qurub. Asəf Qurbanov müsahibələrinin birində Bakıda və Sumqayıtda çoxlu yaşayış binaları, hötellər tikməyi planlaşdırdığını, həmçinin Sumqayıtda köhnə binalardakı liftlərin də yeniləri ilə əvəz olunmasına köməklik etmək istədiyini qeyd edib.
Tahir Quliyev isə aeraportin keçmiş polis rəisidir, hazırda sahibkarlıqla məşğuldur.


Xəbər lenti