Səlim Müslümov həbs edildi

Səlim Müslümov həbs edildi
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov həbs edilib. Unikal.org xəbər verir ki, keçmiş məmur hüquq-mühafizə orqanları tərəfindən ciddi korrupsiya faktları ilə saxlanılıb.
Qeyd edək ki, Səlim Müslümov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın kadrı kimi tanınır. K.Heydərov Dövlət Gömrük Komitəsinin sədri olduğu dövrdə S.Müslümov onun müavini olub. S. Müslümov həmin vaxt korrupsiya əməlinə görə həbs həyatı yaşayıb. Sabiq nazir bəraət aldıqdan sonra DSMF sədri, daha sonra isə Əmək və Əhalinin sosial müdafiə naziri vəzifəsində çalışıb.
Xatırladaq ki, 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən o, vəzifəsindən azad edilib. Həbs xəbərini S.Müslümovun yaxınları təsdiqləyiblər.
***
Trend-ə açıqlama verən S.Müslümovun atası Yanvar Müslümov bu haqda məlumatları təkzib edib: "Guya Səlim Müslümov həbs olunub. Vallah yalan söhbətdir, Səlimlə səhər danışmışam, həbs edilməyib. Bu məlumatı kim yayıb bilmirəm. Səhər oğlumla özüm danışmışam, hər şey yaxşıdır”.

Xəbər lenti