Şəkiyə sanaviasiya vertolyotu göndərilib

Şəkiyə sanaviasiya vertolyotu göndərilib
Загрузка...
Şəkidə Xan Sarayının yaxınlığında baş vermiş faciədə xəsarət alanlardan birinin təcili Bakıya ixtisaslaşdırılmış müalicə müəssisəsinə göndərilməsi lazım gəlib. Bundan ötrü Şəkiyə sanaviasiya vertolyotu çağırılıb. Bu barədə Turan-a xəstəxananın baş həkimi bildirib.
Şəki Mərkəzi Rayon Xəstəxanasına 16 zərərçəkən yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağır dəyərləndirilir. Bu barədə xəstəxanadakı mənbə bildirib. Hələlik tibb işçiləri və hüquq-mühafizə orqanları zərərçəkənlərin şəxsiyyəti barədə şərh və ya informasiya vermirlər. Polis xəstəxanada jurnalistlərin işinə maneçilik törədir.
İlkin məlumatlara görə, Şəkidə Xan Sarayının yaxınlığında küləyin böyük köhnə ağacın budağını qoparması nəticəsində 19 nəfər xəsarət alıb. İnsident bazar günü baş verib.
Tarixi məkan olan Şəki Xan Sarayı bir həftə öncə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu tarixi abidənin ətrafı hər zaman sıxlıq olur. Şəkidə gülcü külək bəzi yerlərdə ağacları qoparıb. Külək Xan Sarayının yaxınlığında köhnə ağacın böyük budağını qoparıb. İlkin məıumatlara görə, yaralılar Azərbaycanın digər bölgələrindən turistlər, həmçinin ərəb ölkələrindən gələnlər xəsarət alıblar. 
Загрузка...
Загрузка...

Xəbər lenti