Şəkinin mərkəzində ayı peyda olub

Şəkinin mərkəzində ayı peyda olub
Загрузка...
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova ayının şəhərdə görünməsini qeyri-adi bir hadisə hesab etməyib. Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb. O, deyib ki, vəhşi heyvanların şəhər və qəsəbələrdə görünməsi dünyanın bir çox yerində zaman-zaman müşahidə olunur: "Qonur ayı Azərbaycan faunasının nəsli kəsilmək təhlükəsi olan növlərindəndir. Ayının sağ-salamat Altıağac milli parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılması üçün bütün zəruri tədbirlər görülür”.
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova mütəxəssislər tərəfindən ayının yatızdırılması üçün iynə vurulduğunu bildirib: "Preparatın tam təsir göstərməsi gözlənilir. Bundan sonra vəhşi heyvanın Altıağac milli parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilməsi həyata keçiriləcək. Ayı orada baytar həkim tərəfindən müayinə olunacaq və mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq".
***
Nazirlik vətəndaşlar xəbərdarlıq edib Şəki rayonunun mərkəzində mayın 31-də səhərə yaxın yerli sakinlər ayı ilə rastlaşıblar. Sakinlərin olayla bağlı polisə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional şöbəsinə məlumat verdiyi bildirilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, həm insanların təhlükəsizliyi, həm də ayıya zərər gəlməməsi üçün bütün tədbirlər görülür: "Hələ də təhlükə olduğunu nəzərə alaraq bir daha vətəndaşlardan xahiş edirik ki, ehtiyatlı olsunlar”.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, ayının təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görülür. O, mütəxəssis heyətinin müvafiq keyidici ləvazimatlarla Bakıdan Şəkiyə ezam olunduğunu əlavə edib.

Xəbər lenti