Azərbaycanlı rektor həbs edildi - FOTO

Azərbaycanlı rektor həbs edildi - FOTO
Загрузка...

Təfəkkür Universitetinin keçmiş müəllimi bu gün həbs edildi. Criminal.az xəbər verir ki, təxminən bir saat əvvəl Trierdə fəaliyyət göstərən, "Azereurotimes.wordpress.com" saytının təsisçisi Riyad Əliyev İnterpol tərəfindən qandallanıb. O, Almaniyanın Nürnberg türməsinə aparılıb. 

 Riyad Əliyev Təfəkkür Universitetinin Kiyev filialının rektoru işləyib və 2015-ci il mayın 5-dən İnterpolda axtarışda idi. R.Əliyevin saytından Criminal.az-a faktl təsdiqlədilər.

Qeyd edək ki, R. Əliyev universitetin rəhbərlərinə, bəzi vəzifəli şəxslərə əsassız böhtanlar atdığına görə universitetin rəhbərliyi tərəfindən məhkəməyə verilib. Riyad Əliyev məhkəmənin çağırışlarından yayınaraq xaricə qaçıb. Elə buna görə də Yasamal Rayon Məhkəməsinin 24 noyabr 2014-cü il tarixli qərarına əsasən, Riyad Əliyev hüquq mühafizə orqanları tərəfindən axtarışa verilib.

Criminal.az

AzərbaycanlıAzərbaycanlıAzərbaycanlıAzərbaycanlıAzərbaycanlı
Загрузка...
Загрузка...

Xəbər lenti