Şəki sakini: "Kim icazə vermişdi ki, əlilin elektrik sayğacını satıb yesinlər?" Şəki sakini:

Şəki sakini:
Загрузка...
"Qardaşım Oruc bir neçə il əvvəl xəstəlikdən vəfat etdikdən sonra onun ailədə tək qalmış 3-cü qrup əlil olan oğlu Əmirov Sərvərin yaşayış şəraiti və dolanacağı ağırlaşıb. 29 yaşlı Sərvər atasını itirdikdən sonra kəndimizdə yaşadığı daxmasına hamı kimi işıq və qaz xətti çəkilməsi üçün biz qohumların köməkliyi sayəsində dəfələrlə yerli orqanlara etdiyim xahiş və ərizələrin heç bir xeyri olmayıb". Şəki rayon sakini Almas Əmirova Criminal.az saytına bildirib ki, 27 mart 2019-da Şəki qaz İstismar və Elektrik Satış İdarələrindən evimizə gəlib bizi sorğu suala tutdular:

"Sağ olsunlar ki, Qaz İstismar İdarəsi kobud səhvini başa düşüb əlil Sərvərin evinə sayğac qoyub getdilər. Amma İşıq idarəsi hələ də iki ayağını bir başmağa dirəyib ki, gedin ASAN xidmətə müraciət edin Bizə də ASAN xidmətdə get 150 manat pul ödə ondan sonra elektrik sayğacı qoyula bilər deyirlər. Axı bu 3-cü qrup əlilə əvvəlcə pulsuz sayğac qoyulsun ki, təkrar alanda 150 manat ödəyək. O uşağın tək bibisi var. Mən də günü 10 manata işləyirəm. Hardan alaq həmin pulu?Kim icazə vermişdi ki, əlilə nəzərdə tutulan elektrik sayğacını satıb yesinlər. İndi də bizi məcbur edirlər ki, öz hesabımıza sayğac alaq. Bir sözlə, Şəki İşıq İdarəsinin dini-imanı yoxdur. Onlar yalnız pula sitayiş edirlər. Bu adamlar o dərəcədə deqredasiya olunublar ki, hansı yuxarı orqanlara müraciət etməyimizin də fərqində deyillər".

Şikayətçi qeyd edir ki, Şəki işıq İdarəsinin əməkdaşları sanki vəzifəni bazardan pulları ilə alıb, indi də qazanmaq üçün insanlarala necə gəldi rəftar edirlər: "Bu insanlığa sığan bir məslə deyil. Azərbaycan ərazisində bunları bir başa salan tapılmalıdır ki, ay rəis bəsdir özbaşnalıq etdin. İndi də bir az qanunlara riayət edin. Şəki Elektrik İdarəsi İşçilərinin danışdıqları uydurmadır, bəhanədir. Sadəcə Sərvərin bir abonent kimi adına gəlmiş pulsuz elektrik və qaz sayğacını başqasına satıb qazanıblar. Vəssəlam. Mən belə yaramaz bəhanələri qəbul etmirəm. Son sözləri də bu oldu ki, qoy Bakıdan "Azərişiq” və Energetika Nazirliyi bizə icazə versə gətirib sayğacları qoya bilərik. Budur, indiyə qədər nə Energetika Nazirliyi, nə də Azərişıq bu tiplərə icazə verməyib ki, gedin 3-cü qrupun əlilinə göndərdiyimiz sayğacı necə satıbsınızsa, eləcə də cibinizin pulu ilə ASAN xidmətə ödəniş edib tifilin sayğacını quraşdırın".
 
"Rəsmi cavabda hər dəfə bəhanə edirlər ki, getsin ASAN xidmətə sayğacın pulu ödəsin, sonra sayğac mümkün olar və s. əsassız tövsiyələr. Mən bu rəsmi adamları başa sala bilmirəm ki, əlil vətəndaş birinci dəfədir ki, evinə işıq sayğacı qoydurmaq istəyir. Hansı ki, adamın xəstəliyindən və kimsəsizliyindən istifadə edən Şəki EŞ-nin quldurları dövlət tərəfindən ilk olaraq vətəndaşa verilən həmin pulsuz sayğacı digər şəxsə pulla satıb özlərinin haramzada ailəsinə çörək pulu aparıblar. İndi utanmaq əvəzinə cavab yazırlar ki, 3-cü qrup əlil Sərvər Əmirov getsin ödəniş etsin, sonra baxarıq. Görün nə qədər məsuliyyətsiz və haramzadadırlar. İndi bütün bu süründürməçilkdən belə bir nəticə çıxarıram ki, Energetika Nazirliyi, "Azərişıq" və rayon REŞİ rəhbərliyinin vecinə də deyil ki, əlil vətəndaş 4 ildir ki, qazsız, işıqsız, bir sözlə, mağara həyatı yaşayır. Mehriban Əliyevanın qəbuluna gedəcəm. Bunlar necə rəhbərlərdi? Prezidentin qanununa hörmət etmirlər. Uşaq canavar-çaqqalın içərisində yaşayır".
Baş Göynük kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Məmməd Rəsulov Criminal.az saytına bildirdi ki, həmin evdə rayon rəhbərlyi və qaz idarəsinin əməkdaşları olub. Onun sözlərinə görə, S.Əmirovun evində daimi yaşayış olmadığından sayöac qoyulmayıb: "10 il ona pulsuz işıq verdik. Amma uşaq orda daimi yaşamır, hərdən Qaxda yaşayan anasının yanında qalır. Əgər sayğac qoymaq istəyirlərsə, dövlət rüsumunu ödəsinlər. Uşağın imkanı yoxdursa, əmisi etsin". 



Загрузка...
Загрузка...

Xəbər lenti