Səid Dadaşbəyli general Mövlam Şıxəliyevin qanlı cinayətinin detallarından danışdı

16 May 2021, 14:41
16 May
2021
14:41
2922
"Mövlam Şıxəliyevin rəhbərliyi ilə damarımıza uyuşdurucu yeridirdilər. Elə bir hala salırdılar ki, beynimi toparlaya bilmirdim”
Musavat.com Səid Dadaşbəyli ilə müsahibənin növbəti hissəsini təqdim edir.
Müsahibənin əvvəlki hissəsi
- Bizimkilər Ulrik Somerdən nə isə istəyəndə, onun bir katibəsi var idi, rus mənşəli idi, o hər dəfə yoldaşıma yazırdı ki, 500 avro ver, filan sənədi göndərək. Proses belədir. Ona görə mənim bütün bu işim batıb
İşgəncələr orda daimi baş verirdi. Gecə vaxtları gəlirdilər. Məni o qədər bezdirmişdilər, elə boğaza yığmışdılar, Eldar İsmayılovun stolunun üstündən qələm və kağız aparmışdım. Oturub işgəncələri yazdım, damarımdan qan damcılarını kağıza saldım.

"O, bədənimdə olan işgəncə izlərini görəndə əlləri ilə ağzını tutub ağlayırdı”
O zaman ora Elçin Behbudov gəlirdi. Həmin o kağızı ona verdim. Bir ara sonra Qırmızı Xaçdan nümayəndə gəldi. Bir cavan qız idi. Onun adı da yadımdan çıxıb. Adı Maydina idi deyəsən. O gələndə şokda idim. Yanıma kimsəni buraxmırdılar. Məndən xahiş etdi ki, işgəncələr haqda danışım. Dedim, danışmağım bir yana, bədənimdə salamat yer yoxdur. İsrarla dedi ki, bir həkim kimi müayinə etməlidir. O bədənimdə olan işgəncə izlərini görəndə əlləri ilə ağzını tutub ağlayırdı. Bu gün onu axtarıram.
İşgəncə kralları: Mövlam Şıxəliyev, Eldar İsmayılov, Novruz Kərimov, İlqar Əliyev, Elçin Quliyev, Akif Covdarov və daha 10 nəfər
Məhkumları kar və kor edir, axtalayır və…

İşgəncələrdə bu gün hakim olan Eldar İsmayılov, yenə də hakim olan Novruz Kərimov, İlqar Əliyev, Elçin Quliyev, Akif Covdarov və ümumilikdə 10 nəfərdən çox adam iştirak edirdi. Əksəriyyətinin adlarını bilmirəm. Bunlar hamısı, ayrı-ayrı vaxtlarda Mövlam Şıxəliyevin rəhbərliyi ilə damarımıza uyuşdurucu yeridirdilər. Elə bir hala salırdılar ki, beynimi toparlaya bilmirdim. Orda bir izolyator var idi, o dəlilər üçün olandan fərqlənmirdi, divarlar plastik kimi bir şeylərdən idi. Əllərimi qandallayıb, lüt soyundurub atırdılar ora. Həmin 31-ci kameradan istintaq tərəfə gedən yerdə onların daha bir kamerası var idi. İçində işıq da yox idi. 2007-ci ilin yanvar və ya fevral ayı idi, Bakıda qar yağırdı. Lüt soyundurub buz kimi soyuq olan o kameraya atırdılar. O qədər soyuq olurdu ki, elektrik vurmuş kimi əsirdim. Hələ üstümə su da atırdılar. Divarda olan batareyaya bağlayırdılar. Şillə vurmaq elə-belə bir şey idi orada. Şillə yüngülvari işgəncə sayılırdı. Ayaqla əməlli-başlı tapdalayırdılar. Bu cür işgəncələr davamlı, saysız-hesabsız idi, yəni bir dəfə olumurdu.
"İndi yadıma düşür, ona görə məndə psixoloji problemlər başlayır”
Gəlib deyirdi ki, bəs sən prezidentə belə etmək istəmisən, dambadam, tökülürdülər üstümə, aləm qarışırdı. Sən filan şeyi belə etmisən, mən heç tanımıram, bilmirəm söhbət nədən gedir, yenə də işgəncə. İstintaqa aparanda deyirdim ki, gecə əməliyyatçılar gəlir, qapını qanunsuz, kağızsız açırlar və mənə işgəncə verirlər. Onların gecə vaxtı dustağı kameradan çıxarmağa ixtiyarları yoxdur. Qanun bu adamlar üçün sadəcə yox idi.
Belə şikayətləri təkcə mən etmirdim, çox adamın başına oyun açırdılar. İndi yadıma düşür, ona görə məndə psixoloji problemlər başlayır. Sanki həmin günləri yenidən yaşamağa başlayıram. Mən oradan necə sağ çıxmışam, onu bircə Allah bilir. Orada günaşırı şəhadət verirdim. Vəziyyət o qədər pisləşirdi. Bəhanələri də vardı ki, sən prezidentə qarşı çıxırsan. Deyirdim ki, mənim prezident ilə nə işim var, əl çəkin məndən. Heç qulaq asmırdılar, şabba-şarap döyürdülər. İşgəncələrə Mövlam Şıxəliyev rəhbərlik edirdi. Emin Məmmədovu da işgəncə ilə öldürdülər. Emin Məmmədova işgəncə verib ona dedirtmək istəyirdilər ki, guya mən onu İrana göndərmək istəmişəm. Guya Emin gedib məlumat çatdırıb, gəlməli olub. Halbuki Emini ömrümdə cəmisi 2 dəfə görmüşdüm.
"Malokanka”da çayxanada oturub çay içirdik, o da ümumi dostumuzla gəlmişdi. Onunla hər hansı iş birliyimiz belə olmayıb. Onu tanımırdım heç. Və ümumiyyətlə, bizim uşaqlar bir-birini tanımırlar. Məhkəmə başlayanda, biz "setka”nın bir tərəfində oturmuşuq, "falşivıy” pul ilə tutulanlar da o biri tərəfdə. Biz deyirdik ki, bunlar bizim məhkəməmizdə nə gəzir? Təsəvvür edin də, biz nə vəziyyətdəyik. 11 aydan sonra hamısı arıqlayıb pis günə qalmışdılar. Biz bir-birimizlə məhkəmədə, dəmir qəfəsin içində tanış olmuşuq. Bunlar mənə saxta pulla bağlı ittihamı cinayət işi bağlanan gün verdilər. İş bağlanan gün əlavə 5 maddə verdilər. Yəni o günə qədər məndə o maddələr olmayıb. Və heç bir ifadələr alınmayıb, heç vaxt, heç bir üzləşmə olmayıb! Orada bir sənəd-sübut yox idi ki, nəyə görə mənə bu maddələri verirlər. Soruşurdum ki, bu maddələri niyə vermisiz? Eldar İsmayılov dedi ki, qrupun rəhbəri olduğuna görə sənə verməliyik də, kimə verəcəyik?
Səid Dadaşbəyli deyir ki, ona Emin Məmmədova işgəncə verilməsi ilə bağlı videoları Mövlam Şıxəliyev göstərib:
"Təsəvvür edin ki, Eldar İsmayılov, Nadir Mustafayev, Novruz Kərimov, Mövlam Şıxaliyev oturublar. Məni gətirdilər. Mövlam Şıxəliyev soruşdu ki, necəsən? Dedi ki, oturduq fikirləşdik, sən bu qədər universitet qurtarmısan, yəni səni yoldan çıxartmaq bir az real görünmür, gəl səni "qlavar” təyin edək, sən ol Timur, onlar da sənin komandan. Bunları gülə-gülə deyirdi. Başladı danışmağa ki, bəs zər atdıq, "qlavar” kimi səni seçdik.
Mövlam Şıxəliyev: «Mən Allahla da belə danışıram…»

"Mövlam Şıxəliyevin yanındakı kameralarda Eldar İsmayılov, Novruz Kərimov da mütləq oturmalıdırlar”
Bizə qarşı cinayətlərə görə həmin o Novruz Kərimovla Eldar İsmayılov Ağır Cinayətlər Məhkəməsinə "za xoroşuyu rabotu” hakim göndərildilər. Məhkəmədə oturub başladılar MTN-də qondarılan Pərviz Həşimlinin , İslam partiyasının işi və eləcə də başqa jurnalistlərin işlərinə baxmağa. Sifarişləri yerinə yetirirdilər! MTN-in verdiyi sifarişləri Bakı Ağır Cinayətlər Məhkəməsində oturaraq, icra edirdilər. Bu gün də orada oturublar. Nə qədər insanları bədbəxt ediblər. Bu gün Mövlam Şıxəliyevin yanındakı kameralarda Eldar İsmayılov, Novruz Kərimov da mütləq oturmalıdırlar. Mövlam Şıxəliyev onların rəhbəri olub. Mövlam Şıxəliyev mənə bir video göstərmişdi. Həmin o Eldar, həmin o Novruz Kərimov Emini Məmmədovu tapdalayırdılar.
Mövlam Şıxəliyev də işgəncə vermişdi ona.
Videoda deyirdi ki, cındıra bax e, ayaqqabını təzə almışam, qan elədi ayaqqabımı. Sonra da ayaqqabını yerə sürtür, görür qan ləkələri qalıb, başlayır yerdə zarıyan Emin Məmmədovun paltarına sürtməyə. Emin Məmmədov martın 30-u komaya düşdü. Avqustun 17-si xəstəxanada rəhmətə getdi və cəsədini valideynlərinə verdilər. Mövlam Şıxəliyevin vaxtında bütün bu işgəncələr baş verirdi. Mən bu adamların qanun qarşısında cavab vermələrinə nail olacağam. Bu adamlar ulduz almaq üçün bu işləri uydurublar, bizə qarşı bu cinayətləri ediblər. Buna görə qanun qarşısında mütləq cavab verməlidirlər!”
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Video, Dosye
MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
Manşet, Dosye
Eldar Mahmudovla Nizami Şirinovun mətbəəsində ölüm - “İNDİGO” HƏLƏ DƏ MTN GENERALLARINA XİDMƏT EDİR…
-
Manşet, Dosye
Vağzalda dəhşətli terroru təşkil edən İŞİD-çinin arvadı Ülkər Məmmədova təslim oldu - VƏ TERROR QRUPLAŞMASININ SİRLƏRİNİ AÇDI...
-
Manşet, Foto, Dosye
Milyarderi öldürməyə göndərilən killer Orxan Əsədova silah verən Tural Əliyev tutuldu
-
Dosye
Azərbaycanlı killerin planlarını “Mossad” aşkarladı
-
Manşet, Foto, Cinayət, Dosye
Kiprə göndərilən azərbaycanlı killerin işi: daha bir silah tapıldı - “BU CİDDİ HADİSƏDİR, SÜBUTLAR TOPLANIB, BİZ SONA YAXINLAŞIRIQ...”
-
Manşet, Cinayət, Dosye
Xanlar Vəliyev mövqeyini niyə dəyişdi? - BİR ZAMANLAR "TƏRTƏR İŞİ"Nİ "NAĞIL" ADLANDIRMIŞDI
-
Manşet, Dosye
“Müstəntiq bacımın telefonuna gizli izləmə proqramı yazıb”
-
Manşet, Cinayət, Dosye
Abdulla Abdullayev, Rövşən Əhmədov və digərləri “Bayraktar”ın sirlərini ələ keçirmək istəyirdilər? - TÜRKİYƏDƏ HƏBS OLUNAN 6 NƏFƏRLƏ BAĞLI MÜƏMMA