Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı

Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
Загрузка...
 "Anar Bağırovla görüşdükdən sonra, açıqlama verəcəm”
Vəkil Şəhla Hümbətovanın Vəkillər Kollegiyasından çıxarıldığı bildirilir. Məlumata görə, bu barədə qərar, kollegiyanın noyabrın 28-də keçirdiyi iclasda qəbul edilib. İclas haqqında kollegiyanın yaydığı rəsmi açıqlmada Şəhla Hümbətova ilə bağlı heç nə deyilməsə də, bir sıra intizam məsələlərinə baxıldığı qeyd olunub.
Vəkil Şəhla Hümbətova Meydan TV-ə bu barədə məlumatlı olmadığını deyib: "Məlumatı dəqiqləşdirməliyəm. Kollegiyanın sədri Anar Bağırovla görüşdükdən sonra açıqlama verəcəm”, - Şəhla Hümbətova deyib.
Şəhla Hümbətova 2018-ci ilin iyununda Gəncədə baş verən hadisələrlə bağlı həbs edilən bir neçə şəxsin vəkili olub.
***
Vəkillər Kollegiyasının aparat rəhbəri Fərhad Nəcəfov Şəhla Hümbətovanın qurumdan çıxarılmasına aydınlıq gətirib. O bildirib ki, Şəhla Hümbətova 6 aydan çoxdur Vəkillər Kollegiyasına üzvlük haqqını ödəmir: "Vəkillər Kollegiyası bu əsaslarla onun fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edib".
Загрузка...
Загрузка...

Xəbər lenti