Səhiyyə Nazirliynin məhkəməyə verdiyi jurnalistin anası vəfat edib

Səhiyyə Nazirliynin məhkəməyə verdiyi jurnalistin anası vəfat edib
Загрузка...
 Səhiyyə Nazirliyinin məhkəməyə verdiyi jurnalist Teymur Kərimovun anası vəfat edib. Teymur Kərimovun ansası onkoloji xəstə idi. Jurnalsit anasının dərmanlarının vaxtında verilməməsi, dövlət tibb müəssislərində pulsuz verilməli olan dərmanları pulla aldığı və rüşvət hallarına etiraz olaraq mayın 18-də Səhiyyə Nazirliyinin binası önündə təkbaşına aksiya keçirib.
O anasının dərmanlarını almaq, rüşvət üçün pulunun qalmadığını və bu səbəbdən geyindiyi paltarları satışa çıxardığını bildirirərək etiraz edib. "Anam onkoloji xəstədir. Xəstəxanada ona lazım olan dərmanlar və reaktivlər vaxtlı-vaxtında verilmir, rüşvət alırlar. Ona görə aksiya keçirmişəm. Rüşvət vermişəm ki, demişəm. Anama görə məcbur olub rüşvət vermişəm. Axırda pulum qurtardı, gördüm dərmanları ala bilmirəm. Spirtdi, bintdi, reaktivlərdir, bunların heç hansı verilmir. Axırda 500 manat lazım idi ki, gedib anam üçün dərman alım. Bunun üçün mən gedib Səhiyyə Nazirliyinin qarşısında paltarlarımı satışa çıxarıb aksiya etdim. Mən doğru olanı demişəm,” jurnalist qeyd edib.
Səhiyyə Nazirliyi Teymir Kərimovun dediklərini təkzib edib. Nazirliyin yaydığı məlumatda Kərimovun anasına edilən müalicələrin pullu olması barədə iddia əsassız adlandırılıb. "Bu adamın nazirliyə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və həqiqətə uyğun deyil. Xəstənin müalicə kursları müasir protokollara uyğun olaraq aparılır. Protokola daxil olan preparatlar innovasion dərman preparatlarıdır.”
Mətbuat xidməti qeyd edib ki, institut preparatlarla dövlət proqramı çərçivəsində tam təmin olunur. Səhiyyə Nazirliyi Teymur Kərimova qarşı Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə cinayət işi qaldırlması iddiası ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib. İyunun 7-də Bakının Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə Teymur Kərimova qarşı iddia üzrə hazırlıq iclası başlayıb. Hazırlıq iclası iyunun 10-da davam etdiriləcək.
Jurnalist iyunun 8-də anasının ölümündən sonra facebook səhifəsində ona "alver” təklif edildiyini yazıb. "Mənə anamın cansız bədəninin üstündən alver təklif edirlər. Unutmayın, mən nə qədər yaralı olsam da bir o qədər möhkəməm. Sizin həbsiniz məni qorxutmur. Başqa anaların ölməməsi üçün mücadilə aparacam,” Kərimov yazıb.
Загрузка...
Загрузка...

Xəbər lenti