Səhiyyə Nazirliyi koronavirus təhlükəsilə bağlı əmr imzalayıb

Səhiyyə Nazirliyi koronavirus təhlükəsilə bağlı əmr imzalayıb
Загрузка...
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev "Yeni koronavirusa (2019-nCoV) qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb. Sənəd tibb sanitariya-gigiyena tədbirlərinin gücləndirilməsini və dezinfeksiya tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur. Kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlıların hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunması nəzərdə tutulub.
Tibb müəssisələrinə tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsinin təmin olunması, dərman preparatlarının, dezinfeksiyaedici maddələrin və digər fərdi mühafizə vasitələrinin ehtiyatının yaradılması tapşırılıb. Həmçinin xəstəliyin baş verdiyi ölkələrdən gələn şəxslərlə bağlı tibbi müşahidənin gücləndirilməsi tapşırılıb.

Xəbər lenti