Şəhid əsgərimiz Lənkəranda dəfn olundu - Fotolar

Şəhid əsgərimiz Lənkəranda dəfn olundu - Fotolar
Загрузка...

Aprelin 4-də təmas xəttində baş vermiş döyüşlərdə Azərbaycan Ordusunun şəhid olmuş əsgəri, 19 yaşlı Əlizaman Fərrux oğlu İslamov bu gün doğulduğu Lənkəran rayonunun Cil kənd qəbiristanlığında dəfn edilib. "Qafqazinfo"ya daxil olan məlumata görə, dəfn mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər. Şəhid yaylım atəşindən sonra torpağa tapşırılıb, onun tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı dayısına təqdim edilib. 

Criminal.az

Xəbər lenti