Şəhid ailəsi dərd içində: Vətənə oğul verdi, vətən isə ona kədərli ümid Şəhid ailəsi dərd içində: Vətənə oğul verdi, vətən isə ona kədərli ümid

Şəhid ailəsi dərd içində: Vətənə oğul verdi, vətən isə ona kədərli ümid
Загрузка...
Şəkildə gördüyünüz kişi 38 gün əvvəl şəhid olmuş Elşən Xəlilovun atası, onun yanında dayanan isə anadangəlmə fiziki qüsuru olan bacısı Ayşəndir. E.Xəlilov iyunun 9-da Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini kobud surətdə pozması nəticəsində cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
 
İki gün sonra Gədəbəy rayonunun İnəkboğan kəndində E.Xəlilovun 40 mərasimidir. Lakin ailənin dərdi övlad itkisi ilə bitmir. Yeganə oğul övladını vətən uğrunda qurban verən ailə tək ümidlərini 22 yaşlı fiziki qüsurlu qızları Ayşən Xəlilovaya bağlayıblar. Şəhidin atası Vüqar Xəlilov Criminal.az saytına bildirdi ki, tək ümidi oğlu Elşən idi, onu da vətən uğrunda verib: "Gözümüzü yeganə qızımıza dikmişik. Ümidimi xəstə qızıma baxğlamışam. Onu sağalmasını istəyirəm. Amma imkanım yox. Heç müayinəyə aparmağa imkanılm yox”.

A.Xəlilovanın nənəsi Xətai Tağıyeva Criminal.az-a bildirdi ki, nəvəsi Elşəni varlı balalarının əvəzinə erməni qabağına göndərdilər: "Hərbi xidmətini başa vurmasına 6 ay qalmış nəvəm şəhid oldu. Evim viran qaldı. Onun bacısının isə anadangəlmə xəstəliyi var. Başını saxlaya bilmir, nitqində ciddi problemlər var. Bizə köməklik etsinlər. Ailəmizin tək ümidi olan qızımızın müalicəsi təşkil olunsun”.
Gədəbəy rayon icra hakimiyyəti başçısının müavini Natiq Nağıyev Criminal.az saytına açıqlamasında bildirdi ki, həmin ailənin problemləri ilə rayon rəhbərliyi maraqlanır. Başçının müavini deyir ki, icra hakimiyyətinin onlara olan münasibəti haqda həmin ailədən də soruşmaq olar: "Şəhid ailəsi ilə bağlı heç bir problem yoxdur. Onlar daim diqqətdədir. İstənilən problemləri ilə bağlı müraciət olunarsa köməklik olunacaq”. 
Şəhid ailəsinin problemini diqqətdə saxlayacağıq...





Загрузка...
Загрузка...

Xəbər lenti