"Səhər 7:20 radələri olardı... Kombat çığırdı: Atəş!!!"

26 Sentyabr 2021, 16:11
26 Sentyabr
2021
16:11
1104
Tanınmış jurnalist Məğrur Əlipolad 44 günlük Vətən müharibənin necə başlamasından yazdı...
Ötən ilin bu günü, bu saatlarda Haramı düzündəki N saylı briqadadan (hazırda Şuşada yerləşir) öz əsgərlərimlə birgə təyin olunduğum artilleriya divizionuna gedirdim.
Hava yaman istiydi. Bizi daha sonra oradan atəş mövqeyimizə aparacaq maşınımızı gözləyənə qədər səhra hamamında əlüstü yuyundum. Ağlıma da gəlməzdi ki, qarşıdakı bir ay ərzində bədənimə su dəyməyəcək...
Axşamtərəfi çatdıq mövqeyə. Maşında ağdamlı batareya komandirim soruşdu ki, haralısan. Əlimi hələ işğalda olan torpaqlarımıza tərəf uzadıb, dedim ki, qarşıdakı kənddən - Yuxarı Seyidəhmədlidənəm. Dedi, bu yaşda nə yaxşı gəlmisən. Acıqlı cavab verdim ki, mənim kəndimi sən azad edəssən? Güldü.
Füzulidən bir maxe-miz vardı, Quluzadə. Sonra 2 dəfə yaralandı. Evdən çolpa soyutması, tut arağı gətirmişdi. Çölün ortasında yedik-içdik. Tost dedim, əsgər-zabitlərimizin sağlığına, Şuşada qeyd etməyimizi arzuladım (düz 40 gün sonra həyata keçdi).
Aylı gecəydi. O qədər sakitlikiydi ki, qu desən, qulaq tutulardı. Kamerası, interneti olmayan köhnə balaca telefondan evə mesaj yazdım ki, nigaran qalmayın, yaxşıyam (Sonralar əsas telefonumun olmamağına görə o qədər təəssüfləndim ki... Nələr çəkə bilərdim... Heyf ki, icazə verməmişdilər).
Bəlli hədəflərə tuşlanmış, hazır vəziyyətdə olan toplarımızın yanında kombatnan yataq kisələrimizi açıb girdik içinə. Torpaqdakı çala-çuxurlar, kol kötükləri məni əzirdi deyə, düz-əməlli yuxulaya da bilmədim (sən demə, qarşıdakı gecələrlə müqayisədə bu, komfort imiş).
Səhər 7:20 radələri olardı. Artıq acqarına 2-3 siqaret çəkmişdik. Hamımız dinməz, amma gərgin şəkildə baş telefonçumuz, qubalı balası Paşayevin ağzına baxırdıq. Və axır ki! Ratsiyadan gələn səsi Paşayev təkrar etməmiş, kombat çığırdı: Atəş!!!
İlahi, həyatın gedişatı bu dərəcədə anidən və bu dərəcədə kəskin necə dəyişə bilərmiş...
Cəmi bir neçə dəqiqə sonra qulaqbatıran partlayış səsləri, zirehli texnikanın nəriltisi, toz-duman, qulağımızın dibindən kəpənək kimi pırıltı səsi çxararaq uçan qəlpələr, başımızın üstündən şütüyən dronlar, minaya düşərək yanan tanklar, yaralılar, şəhidlər...
Bəlkə də atəş əmri ilk bizə gəlmişdi. Çünki bizim toplar düşmənin ön səngərlərini və texnikasını vuran reaktiv sistemlər idi. 10-15 dəqiqə keçməmişdi ki, BMP-lər toplarımızın arasında öz yerlərini tutub atəş açmağa başladı.
Yadımdan çıxmaz, onların birində lyuku bağlı saxlamışdılar deyə, içəridə hərbçilər barıt tüstüsündən zəhərlənib huşunu itirmişdi. Gücnən bayıra çıxarıb ayıltdıq. Bəlkə də onlar daha sonra şəhid, qazi olacaqdı. Ən çox itki verən bizim hərbi hissənin digər hərbçiləri kimi...
Ancaq 27 sentyabr 2020-ci il, səhər saat 8-də hələ bunu heç kim bilmirdi... Amma bir şeyi əsgərdən komandirlərə kimi hamı çox yaxşı dərk edirdi: Bizə 30 il gözlədiyimizi vermişdilər! Atəş-i! Başqa nə olmalıydı ki?!
Gecələr öz komandir vəzifəsi ilə yanaşı, ön xətdən şəhidlərimizin cəsədlərini çıxaran Quliyev Vüqar, şəxsi heyəti ailə başçısı qayğıkeşliyi və dəqiqliyi ilə idarə edən starşinamız Həsənov Elmir, üst-başı qan içində olan sanitarımız Sahib, MAZ-ı qova-qova bizə mərmi daşıyan sürücümüz Samir Babayev, Ağayev, Mirzəyev, top atmaqdan qulağından qan açılan Nağızadə, soyadı kimi qəhrəman top komandiri Elçin Qəhrəmanov, Ümid Qurbanov, zirehli maşını ilə gözümüzün qarşısında 3 dəfə minaya düşüb ağır vəziyyətdə yanan texnikadan çıxıb qaçan (!), sonradan bir həftə komada qalan Ramin Qarayev, düşmən təyyarəsinin vurduğu təcili yardımda ikinci dəfə yaralanan Qafarov, qan-tər, toz-torpaq içində bircə gözlərindən kim olduğu seçilən, ağır mərmiləri qucağında topların yanına daşıyan, tuşlayan, atəş açan Nurlan, Tarik, Nəcəf, Sadiq, Elgünlər, Natiq, Anar, Orxan, Səbuhi, İsgəndərov... Bütün Azərbaycan burdaydı!
Və beləcə, 44 gün ərzində Füzulidən Cəbrayıla, Qubadlıya, Hadruta, Xocavəndə və Şuşaya qədər nələr görəcək, nələr yaşayacaq, nə əziyyətlər, ağrılar keçirəcəkdik...
Amma sonda hamısını unutduracaq, özləri isə heç vaxt unudulmayacaq 8 və 10 noyabr vardı. Nə yaxşı ki!..




Xəbər lenti
-
20:04Qardaş bacısının 40 mərasimi günü özünü öldürdü
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
29 İyul 2022
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Cəmiyyət
“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
Manşet, Foto, Cəmiyyət
Prezident XTQ-nin hərbi hissəsində
-
Manşet, Foto, Cəmiyyət
“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
Manşet, Foto, Cəmiyyət
Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
Manşet, Foto, Cəmiyyət
“Qazi ailəsinin, körpə oğlunun iki gün ac yatması nə deməkdir?!”
-
Manşet, Foto, Cəmiyyət
Robert Eyyubova yüksək vəzifə verildi
-
Manşet, Foto, Cəmiyyət
Eldar Mahmudovun bandasının tanınmış ismi Vəkillər Kollegiyasına üzv qəbul olundu
-
Manşet, Foto, Cəmiyyət
“Tərtər işi”ndən zərərçəkən: “Şəxsən mənə Hikmət Həsənov işgəncə verib”
-
Manşet, Foto, Cəmiyyət
Tofiq Yaqublu: “Amansızca döyürdülər, elə bildim öldürəcəklər”