Səfirin saatının oğurlanması xəbəri təsdiqini tapdı

Səfirin saatının oğurlanması xəbəri təsdiqini tapdı
Загрузка...
Belarus Daxili İşlər Nazirliyi Minsk Milli Hava Limanında Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun saatının oğurlanması hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Açıqlamada bildirilir ki, hadisə bu il martın 17-də baş verib:
"Azərbaycanın Qazaxıstandakı səfiri saatını biznes-zalda unudub. Bunu görən 37 yaşlı Ukrayna vətəndaşı "tərk edilmiş” əmlakı götürüb. Faktla bağlı müraciətdən sonra cinayət istintaq əməkdaşları bir neçə saat ərzində şübhəlinin kimliyini müəyyənləşdirərək oğurlanmış əşyanı geri qaytarıblar. Həmin şəxs barəsində isə Belarus Respublikasının CM-nin 205-ci maddəsinin 1-ci bəndi üzrə (oğurluq) cinayət işi açılıb”.
Qeyd olunur ki, Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov daxili işlər naziri İqor Şuneviçə məktub yollayaraq oğrunun tapılmasında göstərilən köməyə görə təşəkkür edib: "Bu fürsətdən istifadə edərək Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına Azərbaycan Respublikasının Belarusiyadakı səfirliyinə gösərilən hərtərəfli dəstək və anlayış üçün şəxsən təşəkkür edirəm”.
Bu məqamda onu da xatırladaq ki, dünən Rəşad Məmmədovun saatının oğurlanması ilə bağlı xəbər saytımızda dərc olunduqdan sonra Azərbaycanın Qazaxıstandakı səfirliyindən redaksiyamızla əlaqə saxlanılaraq bildirilmişdi ki, sözügedən olayın səfirlə əlaqəsi yoxdur və o, həmin vaxt Belarusda səfərdə olmayıb. Ancaq bugünkü rəsmi məlumat hadisənin məhz Rəşad Məmmədovun başına gəldiyini göstərir.
Загрузка...
Загрузка...

Xəbər lenti