Şəbnəm Tovuzluya Rusiya həbsxanasından hədiyyə göndərilib Şəbnəm Tovuzluya Rusiya həbsxanasından hədiyyə göndərilib

Şəbnəm Tovuzluya Rusiya həbsxanasından hədiyyə göndərilib
Загрузка...
Müğənni Şəbnəm Tovuzluya həbsxanadan hədiyyə göndərilib. Kriminal dairələrdən Criminal.az saytına verilən məlumata görə, müğənniyə hədiyyəni göndərən şəxs Rusiya həbsxanasında cəza çəkən tanınmış kriminal avtoritet Ruslan və Dadaş (Nəzərov) qardaşlarıdır. 
Həmin hədiyyənin Ruslan tərəfindən göndərilməsini Ş.Tovuzlu özü də etiraf edib. O, həmin hədiyyəni telefonu ilə videoya çəkərək Ruslana təşəkkürünü də bilidirib. 
Ruslan və Dadaş qardaşlarına yaxın şəxslərin Criminal.az-a verdiyi məlumata görə, hətta Ş.Tovuzlu Rusiyadakı Kaluqa həbsxanasına gedərək kriminal avtoritet qardaşlara baş çəkib. 
Ş.Tovuzlu Criminal.az saytına açıqlamasında bildirdi ki, həmin videoda adını çəkdiyim Ruslan media sahəsində çalışır və hədiyyəni mənə həmin adam göndərmişdi. Müğənnin sözlərinə görə, videoda göstərdiyi əşlayaları Ruslan ad günündə ona hədiyyə edib: "Yəqin ki, kimsə özünü mənlə reklam edir. Necə şərəfsiz, biqeyrət insanlar var. Bu video olan youtube kanalını bu gün dağıtdıracam. Adam belə şər atarlar?".  
Xatırladaq ki, Kaluqa həbsxanasında cəza çəkən ''Bərdəli Ruslan'' və onun qardaşı Dadaş Rusiya Cinayət Məcəlləsinin 318-ci (dövlət məmuruna qarşı zorakılıq), 209-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 163-cü yəni (quldurluq) maddəsinin bir neçə bəndi ilə təqsirli bilinərək məhkum ediiliblər. Ruslan Nəzərli 10,5 il, Dadaş Nəzərli isə 11,5 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qardaşlar bir neçə gün əvvəl müğənni Aynur Dadaşova ilə bağlı video paylaşaraq onunla sevgi münasibəti olduğunu iddia etsə də, müğənni bu xəbəri təkzib etmişdi.
Загрузка...
Загрузка...

Xəbər lenti